Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 200 illik saxta tarixinə zərbə vurdu, haqq-ədaləti bərpa etdi. Mərkəzin mühəndis-pedaqoji kollektivi bu böyük Zəfət Gününün yüksək əhval-ruhiyyə ilə qeyd etdi. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirə üçrəngli bayrağımız təntənə ilə gətirildi. Bizlərə zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra söz Tədris Mərkəzinin direktoru Qalib Nəbiyevə verildi. O, öz çıxışında qeyd etdi ki, döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, rəşadətli ordumuzun döyüş qabiliyyətini aydın gördü. Qalib millətimizin öz Prezidentini necə dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bir daha sübut etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Tədris Mərkəzinin tələbələrinin ifasında torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndi, səhnəciklər nümayiş etdirildi. Tədbir boyu 44 günlük Vətən müharibəsinin əks etdirən video-çarxlar nümayiş etdirildi, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərildi. 30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd etdilər.
Hamının dilində bir şüar vardır.
“Qarabağ Azərbaycandır!”
“Zəfər Azərbaycanındır!”