Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatmışdır – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatmışdır

Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzin fəaliyyəti, müxtəlif istiqamətlərdə dərnəklərin təşkilinin əhəmiyyətini bildirərək, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, uğurlu nəticə göstərərək sertifikata layiq görülən dərnək iştirakçılarını təbrik etmişdir.

Daha sonra çıxış edənlər Təhsil Mərkəzi tərəfindən ödənişsiz şəkildə həyata keçirilən dərnəkdə iştirakçıların Sanama tikiş növünün incəliklərini öyrənmələrindən, gənc və yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsində əhəmiyyətindən danışıblar, belə fəaliyyətlərin təşkilinin dekorativ-tətbiqi sənətin öyrənilməsi və təbliğində xüsusi rolunu vurğulayıblar.

Sonda dərnəyi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib və dərnək iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471