Ekskursiya zamanı tələbələr Almaniyanın ən böyük traktor şirkəti olan John Deere traktor şirkəti, məhşur muzeyləri, Almaniyanın ən böyük Gübrə Şirkəti olan BASF Gübrələr şirkəti ilə tanış ediliblər.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.