Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyini birgə dəstəyi ilə Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi layihəsinin icrasını yekunlaşdırmışdır

Sözü gedən layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilmiş 30 nəfər gənc üçün Marketinq bacarıqları, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlər keçirilmişdir. Layihənin son təlimi aqroturizm sahəsində maraqlı olan gənclər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmişdir.

Təlimdə ilk öncə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat verdi. Daha sonra təlimçi Coşqun İsmayılov tərəfindən gənclərə Aqroturizm, Marketinq, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində, eləcədə aqroturizm subyektlərinin qurulması haqqında ətraflı məlumatlar verildi və müxtəlif simulyasiya oyunlar oynanıldı. Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, layihənin əsas məqsədi Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək və aqroturizm istiqamətində müxtəlif fəaliyyətlərə təşviq etmək idi. Layihə çərçivəsində həmçinin Göyçay rayonunda “Aqroturizm və sosial sahibkarlıq” festivalı təşkil edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təqaüdə çıxan əməkdaşları ilə görüş keçirilmişdir

Mərkəzin direktoru təqaüd yaşı çatan Mərkəzin baş ustası Səlim Mehdiyev, fiziki tərbiyə rəhbəri Mabit Əzimov, İstehsalat təlim ustası Məmmədşah Şahverdiyevin uğurlu fəaliyyətləri, peşə təhsilində təcrübələri, Mərkəzin bütün fəaliyyətlərində töhvə verdiklərini diqqətə çatdırıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təqaüdə çıxan əməkdaşları Mərkəzinin inkişafında göstərdiyi xidmətlərə, peşə təhsili sahəsinə verdiyi tövhəyə görə təşəkkürnamə ilə təltif edilib və hədiyyələr təqdim edilib.

Daha sonra Mərkəzin təltif olunan müəllimləri çıxış edərək, rəhbərlik tərəfindən göstərilən diqqət və qayğıya görə oz təşəkkürlərini bildiriblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İkinci Nəfəs Psixologiya Mərkəzi arasında imzalanmış memoranduma əsasən mərkəzimizin “Dayə” qrupunun tələbələri 30 iyun 2023-cü il tarixində praktiki təcrübələrini İkinci Nəfəs Psixologiya Mərkəzinidə keçərək, tamamlamışdırlar

Bu müddət ərzində Azərbaycanda ilk dəfə təşkil olunan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışacaq Kölgə Müəllimi ixtisasına yiyələnmişlər. Kölgə Müəllimi ixtisasının ilk məzunları bu peşənin sirrini öyrənməklə bərabər, gələcəkdə İNPM-də işlə təmin olunma şansı qazanmışlar.

Sertifikatların təqdimetmə mərasimini geniş nitqi ilə açan İNPM-nin psixoloqu Natiq Muradbəyli iştirakçıları salamlayaraq, 2 aylıq prosesin yekun nəticələri ilə iştirakçıları məlumatlandırıb. Daha sonra mərkəzin rəhbəri Sadiq müəllim iştirakçılara peşənin sirləri barədə, onlarla gələcək əməkdaşlıq haqqında məlumat verib.

Məzunların hər birinə uğurlar arzulanaraq, sertifikatlar təqdim edilib.

Tədbirin sonunda şirniyyat süfrəsi arxasında bir daha iştirakçılara həyatlarında uğurlar, Kölgə müəlliməsi olaraq övladlarımıza gələcəkdə işıq saçmaları arzulanıb.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiyalar Festivalında təmsil olunmuşdur

Festivalda qonaqlara Mərkəzimizdə aqrar və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Festivalda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib. Təşəbbüsün əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı sektoru ilə peşə təhsil pilləsi arasında mövcud əlaqələrin gücləndirilməsidir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 61 nefer tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aspaz”, “Bitkiçilik mütəxəssisi”, “Geniş profilli traktorçu-maşinist, temirçi-çilingər, “Aqroservis mütəxəssisi” qruplari uzre 61 nəfər tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilib.

Sənədlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə, Mərkəz rəhbərliyi tərəfindən məzunlara kariyeralarının formalaşması istiqamətində hər zaman əməkdaşlıq etmək tövsiyyə olunmuş, işəgötürənlərlə əlaqələrin qurulmasında davamlı informasiya mübadiləsi qurulacağı bildirilmişdir. Sonda məzunlara uğurlar arzulanmış, gənclırin peşə təhsilinə təşfiqi istiqamətində təbliğat işində birgə əməkdaşlıq tövsiyyə olunmuşdur.

Tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Konserv Zavodunun birgə əməkdaşlıq müqaviləsinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim edilmişdir

Qeyd edək ki, kursun nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib.

Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər.

Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib.

Kursu bitirən və sertifikat əldə edən hər bir müdavim Qəbələ Konserv Zavodunda işlə təmin olunmuşlar.

Categories
Uncategorized

Respublika qəzetində və saytında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qazanılmış nailiyyətləri və uğurları haqqında məqalə dərc edilmişdir.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:

https://respublika-news.az/…/qebele-qazanilmis-ugurlar…
Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə yaz semestr imtahanları başlamışdır

Hal-hazırda Mərkəzimizdə 9 qrup üzrə 119 nəfər tələbə imtahanlarda iştirak edir.

Mərkəzimizdə təhsil alan “Baytarlıq və heyvandarlıq işi” ixtisası üzrə 4 nəfər tələbə Almaniyada təcrübə proqramının iştirakçılarıdır. Həmin tələbələrin imtahanda iştirakı onlayn şəkildə həyata keçirilib.

Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə yaz semestr imtahanları davam edir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2022-2023-cü tədris ili üzrə Dövlət Buraxılış ixtisas imtahanları başa çatmışdır

Dövlət Buraxılış ixtisas imtahanlarında komissiyasının üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas(sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq, onları qiymətləndiriblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini bitirmiş 392 məzun üçün diplomların hazırlanması prosesinə başlanılıb. Qısa zaman ərzində diplomların təqdimetmə mərasimi keçiriləcək.

Categories
Uncategorized

Avropa İttifaqı tərəfindən maliyyələşən “Azərbaycanda Peşə Təhsili və Təlimində keyfiyyət təminatı və kredit sisteminə transfer üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində peşə təhsili və təliminin keyfiyyətini artırmaq, keyfiyyət təminatı çərçivəsini inkişaf etdirmək məqsədilə Avstriyaya təlim səfəri təşkil olunmuşdur

Təlim səfərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev də iştirak etmişdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471