Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunmuşdur
Ümummilli liderin 100 illik yubileyi gününə təsadüf edən bu əlamətdar tədbirdə çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs etmiş və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Bakı Marafonu-2023”də iştirak ediblər
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2023”də tələbələrimiz könüllü fəaliyyətləri zamanı fərqləndikləri üçün “Regional İnkişaf” İctimai Birliyi (Regional İnkişaf – RİİB) tərəfindən marafonda iştirak etmə hüququ əldə ediblər. Həmçinin tələbələrimiz sertifikatla təltif ediliblər. Builki marafon Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə (subbakalavr) “Mühasibat uçotu” ixtisasının tələbələri və müəllim heyəti Bakı Konqres Mərkəzində “Gənc Mühasiblər” İB-nin təşkilatçılığı ilə Milli Mühasiblər Forumunun II Panel Görüşündə iştirak ediblər
II Panel Görüşündə Dövlət qurumlarının, universitet heyətlərinin, sahibkarların, mühasiblərin və İR mütəxəssislərinin iştirakı ilə mühasiblərin karyerasında mühasib peşəsinin hazırkı vəziyyəti və gələcək perspektivləri istiqamətində təqdimatlar olub və müzakirələr aparılmışdır. . Paneldə ixtisas fənn müəllimi Rəhman Xasməmmədov “Mühasibat peşəsinin təhsildəki mövcud vəziyyəti” mövzusunda çıxış etmişdir. Sonda tələbələrə xatirə hədiyyələri təqdim olunmuşdur.
-
Mərkəzimizin növbəti uğuru!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Müşviq Qarayev Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəsissələrinin şagird və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika İfa Müsabiqəsinin yekun konsertində II yerə layiq görülərək, təltif olunub. Azərbaycan Respublikası…
-
Tələbə qəbulu prosesinə hazırlıq məqsədilə peşəyönümü təbliğatına start verilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ şəhərində yerləşən tam orta məktəblərin şagirdlərinə və rayonun bir sıra kəndlərində yerləşən məktəblərin şagirdlərinə peşəyönümü işlə bağlı maarifləndirici görüşlər həyata keçirilir. Görüşlə zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının təlimləri uğurla davam edir
Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir. Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü…
-
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəyərli fikirləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinin dilindən səsləndirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimidir. Ölkəmizi dünyada layiq olduğu mərtəbəyə öz uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmiş dahi şəxsiyyətin dəyərli fikirləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinin dilindən səsləndirilib.
-
“Heydər Əliyev İli” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər-inzibati, mühəndis-pedoqoji heyəti və bir qrup tələbələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişdirlər
Daha sonra kollektiv Qəbələ Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən təqdimatlarla tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin əməkdaşları Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətləri haqqında məlumat vermişdir. Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fləşmob keçirilmişdir
Fləşmob Qəbələ TV tərəfindən işıqlandırılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Almaniya Təcrübə Proqramında iştirak edən tələbələri ilə Mərkəz rəhbərliyinin onlayn görüşü baş tutmuşdur
Görüş zamanı tələbələr öz xoş təəssüratlarını bölüşərək, gördükləri işlər haqqında ümumi məlumat vermişlər. Mərkəzin rəhbərliyi tərəfindən tələbələrin istehsalat təcrübə proqramı, proqram çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında müzakirələr aparılmış, tövsiyyə və təlimatlar verilmişdir. Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanaraq, artlq təcrübəyə başlamışlar. Peşə Təhsili üzrə Dövlət…