Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzlərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) Yekun Attestasiya imtahanı keçirilmişdir
Mövcud tədris planına və peşə təhsili müəssisələrinin iş rejiminə uyğun olaraq təhsil müddəti 6 ay olan ixtisaslar üzrə tədris prosesi tam başa çatmışdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Peşə təhsili pilləsində təhsilalanların Attestasiyasının aparılması qaydası” əldə rəhbər tutularaq, verilən əmrə əsasən “Komputer operatoru” peşəsi üzrə Yekun Attestasiya imtahanı…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Üzüm bitkisinin çoxaldılması” mövzusunda Açıq Dərs keçirilmişdir
Mərkəzin “Üzümçülük və şərab ustası” ixtisasının istehsalat təlim ustası Mustafayev Taryel tərəfindən üzüm bitkisinin tarixi, cins və növləri, artırılma qaydaları və.s haqqında tələbələrə əyani şəkildə məlumat verilmişdir.
-
Təhsil Mərkəzimizdə bayram əhvalı hiss olunur. Bahar qızı, Kosa, Keçəl Mərkəzimizdə qonaq olublar.
Novruz – Bahar bayramına sayılı günlər qalıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində artıq bayram əhval-ruhiyyəsi hiss olunur. Bahar qızı, Kosa, Keçəl Təhsil Mərkəzinə qonaq gəlmiş, müəllim və tələbə heyəti ilə bayram sevincini bölüşmüşlər. Onlar tələbələrin tədris prosesində iştirak etmiş və əl işləri ilə tanış olmuşlar. Mərkəzimiz tərəfindən hazırlanmış video-çarxı təqdim edirik.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Qardaş Köməyi Platformasına qoşulmuşdur
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə kömək məqsədilə biz də hər kəsi kampaniyada aktiv iştiraka dəvət edirik. Aşağıda qeyd olunan zəruri məhsulları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təhvil verməklə, Siz də öz dəstəyinizi göstərə bilərsiz. Məhsullar toplanaraq, aidiyyatı üzrə “Qardaş Köməyi ” platformasına təhvil veriləcəkdir. Zəruri məhsullar Çadır Yorğan, ədyal, yastıq Hazır qida…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi” emalatxanasında “Kimyəvi – bakterioloji analiz laborantı” ixtisasının tələbələri üçün geyimlər tikilib
“Dərzi” ixtisas fənnlərini tədris edən Süsən Seyidova və tələbələri geyimlərin tikilməsi prosesini izah edir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin açılış tədbiri keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin, İntellektual İnkişaf Naminə İctimai Birliyin tərəfdaşlığı ilə həyata keçirilən, “ 44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin açılış tədbiri keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, Qəbələ Dövlət…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısa müddətli kurslara start verilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Elektrik-qaz qaynaqçısı ixtisası üzrə peşə hazırlığı kursuna start verilmişdir. Elektrik-qaz qaynaqçısı ixtisası üzrə seçilən müdavimlərə peşə hazırlığı kursu 12 həftə müddətində, 320 saat tədris olunacaqdır. Peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi…