Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İctimai iaşə müəssisələrindəki avadanlıqlardan istifadə və təhlükəsizlik qaydaları” mövzusunda Açıq Dərs keçirilib
Mərkəzin “Aşpaz” ixtisasının istehsalat təlim ustası Abduxalıqov Azər tərəfindən “İctimai iaşə müəssisələrində işlədilən alətlər, ləvazimatlar, elektrik avadanlıqları və onlarla işləyərkən təhlükəsizlik texnikası qaydaları” mövzusunda Açıq Dərs keçirilib. Açıq dərs zamanı tələbələr Mərkəz yeməkxanasında və laboratoriyasında tətbiq olunan alət və avadanlıqlarla tanış olub, onların istismarı, təhlükəsizlik qaydaları izah olunub. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə təhlükəsizlik…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 saylı tam orta məktəbinin Peşə Təmayüllü Sinifləri üçün infotur həyata keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 saylı tam orta məktəbinin “İnformasiya texnologiyaları” və “Qənnadçı köməkçisi” ixtisasını seçmiş peşə təmayüllü sinifləri üçün infotur həyata keçirilib. Mərkəzin mühəndis-pedaqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, Mərkəzin “Qənnadçı, şirniyyatçı” ixtisasında təhsil alan tələbələrin hazırladıqları şirniyyatlara baxış keçiriblər. Daha sonra Yüksək Texniki Peşə qruplarından…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Etik davranış qaydaları” adlı sosial əhəmiyyətli maarifləndirici tədbir keçirilib
Tədbir Mərkəzin Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatimə Tağıyeva tərəfindən təşkil edilib. Tədbirin məqsədi cəmiyyət həyatında etik qaydalar olaraq nələrə diqqət etmək lazım olunması haqqında tədbir iştirakçılarını maarifləndirməkdir. Gənclərimiz üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var, çünki Azərbaycan gəncliyi milli-mənəvi dəyərlər ruhunda böyüməlidir. Tədbirdə çıxış edənlər bildiriblər ki, insanın davranışı və danışığı onun mədəniyyətinin göstəricisidir.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin təşkilatçılığı ilə “Öz layihəni yaz” layihəsi çərçivəsində “Layihələrin yazılması və idarə olunması” adlı təlim keçirilib
Təlim zamanı təlimçi Şahlar Mirzalıyev layihələrin yazılması, idarə olunması, layihə hesabatlarının hazırlanmasından bəhs edib. Qeyd edək ki, təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində keçirilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları səfər hesabatı və təqdimat etmişlər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Türkiyə Respublikasında təlim səfərində olmuşlar. Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə Təhsili Müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunmuşdur. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən İstehsalat Təlim Ustaları Rəhman Xasməmmədov, Cavidan Cabbarlı, Xəyal Mahmudov və Pənah Hüseynli Türkiyə Respublikasının Peşə Liseylərində, həmin Liseylərin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Restoran otağı” yeni və müasir standartlara uyğun qurulmuşdur
Mehmanxana ve Restoran işinin təşkili və idarə edilməsi” qrupunun istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən Mərkəzin yeni qurulmuş “Restoran otağında” açıq dərs keçirilmişdir. Tələbələrin servis qaydalarını tam mənimsəyə bilməsi üçün restoran otağı bütün standartlara cavab verəcək şəkildə dizayn edilmişdir. Restoran otağının təqdimatı ilə birlikdə tələbələr praktiki dərslərdə əldə etdiyi bilik və bacarıqları nəzəri və praktiki…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin iştirakı ilə iş planına uyğun olaraq növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir
İclasda Təhsil Mərkəzinin direktoru bu il qəbul olmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti və cari məsələlər barədə mühəndis-pedoqoji heyətlə müzakirələr aparmış, tövsiyyələr və tapşırıqlar vermişdir. Direktor müavinləri tərəfindən tədris-planlaşdırıcı və uçot sənədlərinin, tədris jurnallarının aparılması vəziyyəti, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanıb
Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İnfoturda iştirak edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və mühəndis-pedoqoji heyəti həyata keçirilən master-klasslarda iştirak ediblər, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə həyata keçirilən tədris prosesilə bağlı ətraflı tanış olublar. İnfoturlarda emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbir keçirilmişdir
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Mərkəzin müəllimləri ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan…
-
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertia və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ölkəmizə gəlmiş və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar. Qonaqlar Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış…