Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
- 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almanyada Təcrübə keçəcək seçilmiş tələbələrlə təlim proqramına start verilmişdir
Seçilmiş kənd təsərrüfatı üzrə təhsil alan tələbələr 8 ay müddətində Cənubi Almanyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçəcəklər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən bu layihə üzrə seçilmiş tələbələrə, “Fermer biznes oyunu” adlı təlimlər keçirilir. Təlimlər 4 gün davam edəcək və “Təsərrüfatın davamlı İdarəedilməsi” təlimi ilə yekunlaşacaqdır.
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yeni layihəyə start verdi!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “PEŞƏKAR” maarifləndirici YouTube kanalı fəaliyyətə başlamışdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “PEŞƏKAR” maarifləndirici YouTube kanalı vasitəsilə, peşə təhsilinə təşviqin artırılması, bu sahədə cəmiyyətin maarifləndirilməsi, maraqlı layihə və platformalarla çıxış imkanlarının zəruriliyini bildirmişdir. Kanala abunə olaraq, dəstək ola bilərsiniz. https://youtube.com/@peshekar
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Savalan “ASPI WINERY” ( Savalan Wines ) arasında bağlanmış memoranduma əsasən, Mərkəz ərazisində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrin, bu sahədə ixtisaslaşmış mütəxəsislərin iştirakı ilə təcrübə sahəsi yaradılmışdır
1 illik fəaliyyətin xronoloji əks olunduğu təcrübə sahəsinin yaradılması zamanı qeydə alınmış videoçarxı təqdim edirik.
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə “Könüllü qonaq” adlı hayihə keçirilmişdir
Layihədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri, Qəbələ UADM-in işçiləri iştirak ediblər. Layihənin keçirilməsində məqsəd “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə əlilliyi olan şəxslərin ailələrini ziyarət etmək olub. Səfər zamanı dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqət və qayğıdan danışılıb. Layihə çərçivəsində tənha, əlil, şəhid atası Ağayev Çingiz Tapdıq oğluna və…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Siqaretə yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müasir dövrün, bəşəriyyətin ən qlobal problemlərindən biri olan sağlamlığa geri dönüşü olmayan, bu gün əfsuslar olsun ki, gənclərimizin böyük bir qismini öz təsiri altına almış tütün məhsulları və onların törətdiyi bəlalar haqqında tələbələrin maarifləndirilməsi üçün “Siqaretə yox deyək” adlı tədbir keçirilmişdir. Tədbirin təşkilində mərkəzin istehsalat təlim ustalarından Məmmədova Nigar, Çələbizadə…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “Günərzi Qayğı Mərkəzi” tərəfindən “Payız Bayramı” adlı tədbir keçirilmişdir
Tədbir payız fəslinə aid Kukla teatrı ilə başlamışdır. Sonra uşaqlar tərəfindən şeirlər, mahnılar söylənilmişdir. Bununla yanaşı maraqlı səhnəciklər və “çətir” rəqsi nümayiş etdirmişlər. Tədbirin təşkilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dayə” ixtisasının tələbələri payız fəslinə aid aksesuarlar hazırlamış və Kukla teatrının təşkilində yaxından iştirak etmişdir. Tədbir “Günərzi Qayğı Mərkəzi”nin uşaqları tərəfindən böyük sevinc və alqışlarla…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdən qeydə alınmış videoçarxı təqdim edirik.
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual Təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual Təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Riverside Hotel Gabala və Qafqaz Tufandag Hotel Gabala hotellərində təlimləri davam edir. Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, Dual Təhsil proqramı əsasında təlimlər davam edir.
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında qalan tələbələrin asudə vaxtlarının səmərəli təşkili daima diqqətdə saxlanılır
Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, kino, sənədli filmlərə baxır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşğul olurlar. Həmçinin Mərkəzin müəllimləri tərəfindən İKT təlimi, ingilis dilində “Danışıq klubları” təşkil olunmuşdur. Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndəsi, milli istiqlal şairi “Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü”nə həsr olunmuş Açıq dərs keçirilmişdir
Azərbaycan Respublikasının Prezidentinin “Əhməd Cavadın anadan olmasının 130-cu illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli 3222 nömrəli Sərəncamı ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə Mərkəzin Tarix müəllimi Məmmədova Səbinə tərəfindən “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasında təhsil alan tələbələrə keçirilən Açıq dərs…