Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Riverside Hotel Gabala və Qafqaz Tufandag Hotel Gabala hotellərində təlimləri davam edir. Qafqaz Riverside və Qafqaz Tufandağ hotellərdə Dual tədris proqramına uyğun fəaliyyətlər çərçivəsində tələbələrə xüsusi olaraq 2 hissədən ibarət nəzəri və praktiki təlim keçirilmişdir. Həyata…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik cərəyanından və digər bədbəxt hadisələrdən zədələnənlərə ilk yardım” mövzusunda açıq dərs keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Beydiyev İlqar tərəfindən “Elektrik cərəyanından və digər bədbəxt hadisələrdən zədələnənlərə ilk yardım” mövzusunda açıq dərs keçirilmişdir. Təlimdə “İsitmə, soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Elektrik-qaz qaynaqçısı”, və “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” ixtisasında təhsil alan tələbələr iştirak etmişdirlər. Təlimin əsas mövzusu tələbələrə elektrik…
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə Təhsili Müəssisələrinin bir qrup müəllim və istehsalat təlim ustaları Türkiyə Respublikasının müxtəlif şəhərlərində təcrübə mübadiləsi proqramında iştirak edirlər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Xəyal Mahmudov və Cavidan Cabbarlı aşpazlıq, turizm və otelçilik istiqamətində Antalya şəhərində peşə təhsili müəssisələri və müxtəlif otellərdə təcrübə keçməyə başlayıblar.
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Qəbələ şəhərində təltifetmə mərasimi təşkil etmişdir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilmişdir. Qəbələ şəhərinin Gabala Garden Hotelində təşkil olunan tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı, regionda fəaliyyət göstərən işəgötünən nümayəndələr də iştirak edib. Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva ölkəmizdə qeyri-formal və informal…
-
Qəbələ rayonunda “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilir
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində davam etdirilmişdir. Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi…
-
Qəbələdə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Qəbələ və Oğuz rayonlarından olan sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda tədbir keçirilmişdir. Çıxış edənlər tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz Qəbələ” MMC yeni əməkdaşlıq layihəsinə start vermişdir
Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qidalanma, xidmət və digər turizm sahələr üzrə xidmət” mövzusunda seminar, master-klass keçirilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz Qəbələ” MMC-nin birgə əməkdaşlığı çərçivəsində “Qidalanma, xidmət və digər turizm sahələr” “Turizm sahəsində iaşə”, “Mehmanxana İnzibatçısı”, “Mehmanxana və restoran işinin təşkil edilməsi” üzrə seminar, master-klass layihəsinə start verilmişdir. Layihənin…
-
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal GəncliyimİZ” layihəsi keçirilib
Layihə çərçivəsində IT mütəxəssis Sahil Yusibov onlayn təhsil platformaları, qəbul prosesi və qaydalardan bəhs edib. Sonda layihə iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən müəllimlər arasında “Peşəkar müəllim” layihəsi çərçivəsində “Xəmsə” milli intellektual oyunu təşkil edilmişdir
“Ümumilli Lider Heydər Əliyev”, “Qarabağ”, “Türkiyə və Azərbaycan”, “Tariximiz” və s. mövzular ətrafında səslənən suallardan ibarət olan yarışmada 6 komanda olmaqla toplamda 30 müəllim mübarizə aparmışdır. Sonda isə “Şuşa” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə peşə təhsili alan gənclər arasında “Gənclərin Zəfər Kuboku” adlı intellektual oyun təşkil olunmuşdur
Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Yarışmada 6 komanda olmaqla toplamda 36 tələbə mübarizə aparmışdır. Sonda isə “Zəfər” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.