Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
- 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində uşaqlar üçün “Qəbələ Günərzi Qayğı Mərkəzi”yaradılmışdır
“Kənd Qadınlarına Qayğı” İctimai Birliyi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyə dəstəyi ilə” Qəbələ Günərzi Qayğı Mərkəzi yaradılmışdır. Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Sonra bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Təhsil Mərkəzinin Tədris…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ ( Qəbələ Gəncləri ) nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı intellektual yarış keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən intellektual yarışda 13 komanda üzrə 65 gənc iştirak edib. Yarış iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız, yerli silahlar və Qarabağın tarixinə dair sualları cavablandırmağa çalışıblar. Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Qələbə” komandası I, “Şuşa” komandası II, “Əsgər” komandası III yerə layiq olub. Sonda qaliblərə diplom…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Rəsulova Məleykənin Veb-Dizayner 401-ci qrupda “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir. Açıq dərs Azərbaycan Respublikasının…
 - 
		
		
		
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin kollektivi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər etmiş, infotur keçirilmişdir
Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı məlumat almış, mərkəzdə inkiluziv təhsilin təşkili ilə bağlı şəraitlə tanış olmuşlar. Daha sonra ekskursiya iştirakçılarına Mərkəzin akt zalında əyləncəli səhnəciklər nümayiş etdirilmiş, Mərkəz tələbələrinin əl işlərindən ibarət…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmuş Bayramov Coşqun Ənvər oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı anım tədbir keçirilmişdir
Şəhidimizin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti də iştirak etmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidimizin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur. Xatırladaq ki, şəhid çavuş Bayramov Coşqun 1991- ci il may ayının 25-də Qəbələ rayonu Qəmərvan kəndində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayonu Kiçik…
 - 
		
		
		
“Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələr Qafqaz Tufandag Hotelində ekskursiyada olmuşlar
Tələbələrə hotelin şöbə müdirləri və ixtisas fənn müəllimləri tərəfindən ətraflı məlumatlar verilmişdir. Belə ki, Ön büroda qonaqların qarşılaşmasından başlayaraq, check out-dan sonra otağın yığışdırılması da daxil olmaqla hər bir proses tələbələrə əyani şəkildə izah edilmişdir. Ekskursiya zamanı tələbələr bütün şöbə və bölmələrdə olmuş va onların vəzifə funksiyaları ilə yaxından tanış olmuşlar.
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olmuş, şəhid Eyyubov Sərvanın anım mərasimi keçirilmişdir
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimləri keçirilir. 12 oktyabr 2022-ci il tarixində Böyük Pirəlli kəndində anadan olmuş şəhidimiz Eyyubov Sərvanın anım mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri də iştirak etmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ (Qəbələ Gəncləri) nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində ilk təlim baş tutub!
İlk öncə hər iki qurumun nümayəndələri tərəfindən gənclərə əməkdaşlıq və mərkəzlərin fəaliyyətləri haqqında məlumat verilib. Daha sonra “Əsas Həyat Bacarıqları” təlim proqramı üzrə fasilitator, təlimçi Nərmin Cabbarlı tərəfindən “Zamanın idarə olunması” təlimi həyata keçirilib. Təlim zamanı müzakirə olunan mövzular: Zamanın düzgün şəkildə gündəlik və ya uzunmüddətli fəaliyyətlər üzrə bölünməsi və idarə olunması; Region gənclərinə gələcək…
 - 
		
		
		
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi (Qəbələ Gəncləri) əməkdaşlığa başladı!
Əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, birgə görüləcək işlər barəsində müzakirələr aparılıb. Görüşün nəticəsində uzunmüddətli təlim proqramları, tədbirlər və layihələrin təşkil edilməsi qərara alınıb. Bu istiqamətlərdə gənclər şəxsi inkişaf yönümlü bacarıqları inkişaf etdirə, karyera qurmaq üçün ilkin biliklərə yiyələnə və asudə vaxtlarını səmərəli keçirə…