Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 1 illik “Xalçaçı” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təlimi üzrə praktiki dərsləri davam edir.
Təlim zamanı tələbələr istehsalat təlim ustasının rəhbərliyi ilə xovlu və xovsuz xalçanın toxunması texnologiyasını; ilmənin salınması, arğacların keçirilməsi, xovların kəsilməsi, yəni verilən çeşninin işlənməsi prosesini öyrənirlər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin “Gənc fotoovçu yaşıl kənddə” layihəsi istiqamətində tədbir keçirilib.
Layihənin əsas məqsədi gəncləri ekoturizmin inkişafı sahəsində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox, fotoaparatla ovlamağı təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda yerli və xarici ekoturistlərin marağına səbəb olmaqdır.Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sağlamlığımız üçün gözəl təbiətimizi qoruyaq!” mövzusunda tədbir keçirilib.
Tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi…
-
Məzunlarımız bizi sevindirməyə davam edir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Mehmanxana inzibatçısı” ixtisasının məzunu Bəkirov Əfqan hal-hazırda Qəbələ City Hoteldə “Qeydiyyatçı” vəzifəsində çalışır. Məzunumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisası üzrə ixtisas fənn müəllimləri Türkiyədə “8-ci Uluslararası Muğla Arıçılıq və Çam Balı Kongresi”ində iştirak ediblər.
Əməkdaşlarımızın tədbirdə iştirakının məqsədi dünya arıçılığı ilə tanışlıq, qida təhlükəsizliyini və texnik bilgilər artırmaq, o cümlədən arıçılıq məhsullarını təbliğini təmin etməkdir. Tədbirdə, ölkəmizdə istehsal olunan arıçılıq məhsullarının dünyaya tanıdılması və digər ölkələrdə istehsal edilən balların tanınması məqsədiylə xarici ekspert münsiflər heyətinin sədri, münsiflər heyəti üzvləri və beynəlxalq meyarlar əsasında qiymətləndirmə prosesində bal müsabiqəsi keçirilib. Arıçılıq…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən təşkilatlarla birgə uğurla davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Rabitə avadanlıqlarının quraşdırıcısı” qrupunun tələbələrinin Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ rayon şöbəsində istehsalat təlimləri davam edir. İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr Avtomatik Telefon Stansiyalarında (ATS) kabel xətlərinin çəkilişi, modemlərin quraşdırılması, kommunikasiya prosesini, internet və telefon rabitəsinin doğru bir şəkildə təmin edilməsini,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ölkənin müxtəlif bölgələrindən tələbələr təhsil alırlar. Cari tədris ilində yataqxanada 38 rayondan 100-dən artıq tələbə yerləşdirilib. Onların asudə vaxtlarının səmərəli təşkili daim diqqətdə saxlanılır
Tələbələrimiz üçün kompüter, dil kursları və müxtəlif mövzularda təlimlər təşkil edilir. Tələbələr dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar. Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə…
-
“Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir
2 dekabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Dünya İqlim Dəyişmələri və Azərbaycan” mövzusunda dəyirmi masa…