Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi ilə yataqxanada yaşayan tələbələrin görüşü keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında Qəbələ rayonu da daxil olmaqla 38 rayondan 100-dən artıq tələbə istifadə edir. Görüşdə yataqxana işçi heyəti dinlənilib, tələbələrə yataqxana daxilindəki nizam-intizam barədə ətraflı məlumat veriblər. Daha sonra tələbələrin istəkləri dinlənilib və onların rəy və təklifləri, istəkləri nəzərə alınaraq aidiyyatı üzrə şöbələrə tapşırıqlar verilib. Qeyd edək ki, Qəbələ Dövlət Peşə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi məhsulları ilə birlikdə Bakı KOB Evində keçirilən Sosial Sahibkarların Korporativ Satınalmalar sərgisində iştirak etmişdir
Sərgi Education HUB və Dəstəkçi platformasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və PAŞA Bank-ın dəstəyi ilə “Azərbaycanda sosial dəyər həftəsi” silsilə tədbirləri çərçivəsində həyata keçirilib. Sərginin əsas məqsədi sosial sahibkarlar, kiçik və orta biznes subyektləri və korporativlər arasında əlaqələrin qurulmasıdır.
-
11 oktyabr Beynəlxalq Qız Övladları günüdür!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm Təşkilatçısı” ixtisasının məzunu Rəhimli Fatimə Samir qızı Gabala Garden Hoteldə (@gabalagardenhotel ) “Barista” vəzifəsində çalışır. Məzunumuz Fatiməni təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!
-
Respublika qəzetində və saytında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qazanılmış nailiyyətləri və uğurları haqqında məqalə dərc edilmişdir
Məqalə ilə tanış olmaq üçün linkə keçid edin: https://respublika-news.az/…/93460920c0-20231010.pdf
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvlərinin, təhsil alan müharibə iştirakçıları və qazi tələbələrin iştirakı ilə tədbir keçirilmişdir
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Mərkəzin İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri Azərbaycanın qüdrətli ordusunun ermənilər üzərində qələbəsindən və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan…
-
“27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər. Sonra Təhsil Mərkəzində bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir daha anılmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Azərbaycanın müstəqiliyi uğrunda…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin “Pedaqoji Şura İclası” keçirilmişdir
İclas öz işinə başlamazdan öncə Anım günü ərəfəsində olduğumuz üçün Azərbaycanın müstəqiliyi uğrunda və Qarabağ döyüşlərində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda Təhsil Mərkəzinin direktoru 2022-2023-cü tədris ilinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr, Pedaqoji şuranın üzvlərinin, sədr və katibinin seçilməsi, Pedaqoji şuranın illik iş planın təsdiqi və cari…