Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” ilə əlaqədar tədbir keçirilmişdir
Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsini uğurla keçmiş namizədlərlə görüş keçirilmişdir
Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və “Turizm Təşkilatçısı”, “Mehmanxana inzibatçısı”, “Qənnadçı, şirniyyatçı”, “Qrafik dizayner”, “Dərzi” ixtisasları üzrə müsabiqədən keçmiş namizədlər iştirak ediblər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən işə qəbul olmuş namizədlərə Mərkəz haqında məlumatlar verilmiş, məsuliyyətlə çalışaraq peşə təhsilinin inkişafına dəstək vermələri tövsiyyə olunmuşdur.
-
Almaniyada 8 aylıq təcrübə proqramında iştirak edən tələbələrimiz üçün növbəti ekskursiya təşkil edilmişdir
Ekskursiya zamanı tələbələr Almaniyanın ən böyük traktor şirkəti olan John Deere traktor şirkəti, məhşur muzeyləri, Almaniyanın ən böyük Gübrə Şirkəti olan BASF Gübrələr şirkəti ilə tanış ediliblər. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni fəaliyyətə başlayacaq “Arıçılıq” ixtisasına vətəndaşların təşviqi məqsədilə Qəbələ rayon Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilmişdir
Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Qəbələ rayon Arıçılar Assosiasiyasının sədri və tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə çıxış edənlər yeni iqtisadi şəraitdə Azərbaycanın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq həm daxili bazarda böyük tələbat duyulan, həm də ölkəmiz üçün yeni ixrac imkanları yaradan məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanan məhsulların…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək “Ofisiant”, “Aşpaz” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisasları üzrə peşə hazırlığı kurslarına müraciət qəbul edilir
Müraciət linki : https://shorturl.at/ahmsS Son müraciət tarixi : 10 sentyabr Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Qeyd edək ki, peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə…
-
Müsabiqədə uğur qazanan namizədlərin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə sənəd qəbulu prosesi 30 avqust (saat 17:00) tarixinədək davam edir
Qeyd edək ki, namizədin göstərilən tarixədək sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri olaraq, könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların şəxsi inkişafına dəstək verilməsi məqsədilə Şəki rayonunda təşkil edilən “Yay tətili” layihəsi çərçivəsində birgünlük tədbirdə iştirak etmişdirlər
Həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Abdullayeva Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində xüsusi fərqləndiyinə görə Təşəkkürnamə ilə təltif edilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2023-2024-cü tədris ilində 4 ixtisas üzrə Dual Peşə Təhsili və Təlimi həyata keçirilməsi nəzərdə tutulmuşdur
Bu məqsədlə tərəfdaş müəssisələrlə razılaşmalar aparılmışdır. Tələbə qəbulu üzrə l mərhələdə “Üzümçülük və şərab ustası” və “Rabitə avadanlıqlarının quraşdırıcısı” ixtisaslarına müraciət etmiş şəxslərlə işəgötürən müəssisələrin mütəxəssislərinin görüşü keçirilmişdir və müsahibələr aprılmışdır. Dəvət olunmuş mütəxəssislər seçilmiş ixtisaslar barədə geniş məlumatlar vermiş, seçdikləri ixtisasların karyera imkanları iştirakçıların nəzərinə çatdırmışdır.