Səbətiniz Boşdur!
Author: Rufanə Yaralıyeva
-
2023/2024-cü tədris ili üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə istehsalat təlimi ustalarının işə qəbuluna start verilir
Qәbul mərkəzləşmiş qaydada, imtahan və müsabiqә yolu ilə həyata keçirilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 10-21 avqust tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Vakansiyalar: İstehsalat təlimi ustası: ● Mehmanxana inzibatçısı ● Avtomobil üzrə elektrik ● Qrafik dizayner ● İsitmə və soyutma sistemlərinə xidmət üzrə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası rayon ərazisində təbliğat işi aparmışdır
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası rayon ictimaiyyəti ilə görüşərək, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan tələbə qəbulu qaydaları, peşə ixtisasları, peşə təhsilinin zəruriliyi və düzgün peşə seçimi haqqında məlumat veriblər. Tələbə qəbulu üçün son müraciət tarixi: 11 avqust Qeydiyyat linki: http://portal.edu.az/
-
Texniki peşə təhsili səviyyəsində də təhsil tələbə kreditindən istifadə mümkün olacaq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 2023/2024-cü tədris ilindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi ilə yanaşı, texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də təhsil tələbə kreditlərindən yararlana biləcəklər. Ətraflı: https://vet.edu.az/news/content/993/inner
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Almaniya Təcrübə Proqramında iştirak edən tələbələri ilə Mərkəz rəhbərliyinin növbəti onlayn görüşü baş tutmuşdur
Görüş zamanı tələbələr təcrübə müddəti ərzində gördükləri işlər, qazandıqları fəaliyyətlər barəsində hesabat vermişlər. Mərkəzin rəhbərliyi tərəfindən tələbələrin proqram çərçivəsində həyata keçirdiyi fəaliyyətlər haqqında müzakirələr aparılmış, tövsiyyə verilmişdir. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında…
-
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşə təhsilinin təbliği klubu” – regionlarda peşə təhsili müəssisələrinə ekskursiyalarının təşkili layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir
Tədbirdə Qəbələ şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird heyəti, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbuluna start verilir
Tələbə qəbulu elektron qaydada portal.edu.az platforması üzərindən aparılır. Son müraciət tarixi: 11 avqust Qeydiyyat linki: http://portal.edu.az/
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü Siniflərin imtahandan uğurla keçmiş məzunlarına sertifikatlar təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2022/2023-cü tədris ilinin məzunlarına, İT və qənnadçı-şirniyyatçı ixtisasları üzrə imtahandan uğurla keçdikləri üçün sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə 2021-ci ildən fəaliyyətə başlayıb.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilmişdir
Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Təhsil Müəssisəsinin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaları və diplom almaları münasibətilə təbrik edib. Qonaqlar arasında Qəbələ Rayon Təhsil Sektorunun müdiri, YAP Qəbələ Rayon Təşkilatı sədri, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru, “Qəbələ Konserv Zavodu” MMC-nin direktoru, Qəbələ Garden Hotel, “Gilan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı Təhsil Tələbə Krediti Fondu və Regional İnkişaf – RİİB İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində görüş keçirilmişdir
Tədbir iştirakçılarına təhsil tələbə kreditinin məqsədi və növləri, tələbə kreditinə kimlərin, hansı şərtlərlə müraciət edə biləcəyi, həssas kateqoriyadan olan ailələrin övladları üçün tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran suallar geniş şərh olunub.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil sahəsindən ixtisaslaşan Education HUB tərəfindən “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” layihəsinin icrası tələbələr tərəfindən uğurla davam edir.
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir. Layihə çərçivəsində Qəbələ və İsmayıllı DPTM-dən olan təşəbbüs komandaları öz təşəbbüslərinin icrasını uğurla davam etdirirlər. İştirakçılar layihə…