Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, “Əsgərə xatirə” layihəsinin dəstəyi ilə şəhid və qazi ailələrimizə göstərilən dəstək haqqında iştirakçılara məlumat verilmişdir.
Tədbirdə “Əsgərə xatirə” layihəsinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən ezam olunmuş, qarabağ ordeni ilə təltif olunmuş, mayor Qənbərov İdris Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində hərbiçilərimizin göstərdiyi igidlikdən, torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün qəhrəmancasına döyüşdüklərini bildirdi. Müzəffər Ali baş komandan, xalqımızın, ordumuzun birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırdı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi, 2-ci Qarabağ müharibəsi iştirakçısı İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakı zamanı şahidi olduğu hadisələrdən danışmışdır.
Tədbirdə Şəhid Xeyribəy Səfərçinovun atası Cəlil Səfərçinov da çıxış edərək, şəhid valideynlərinə göstərilən qayğıdan razılığını bildirdi. Zəfər tarixinin yazılmasında payı olan hər bir şəxsə minnətdarlığını ifadə etdi. Şəhid analarının daima qayğıya ehtiyacı olduğunu diqqətə çatdırmaq üçün yazmış olduğu şeiri tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanıldı.