03 dekabr 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubiley tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin dil və ədəbiyyat müəllimi Fatimə Tağıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2019-cu il sərəncamına əsasən bu böyük yazıçının yubiley tədbirinin keçirilməsinin vacibliyini vurğulamış, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində böyük iz qoyan ana dilinin qorunması və inkişafı uğrunda bütün həyatı və yaradıcılığı boyu çalışmış Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.

Ardınca söz Mərkəzin tələbələrinə verilmiş, onlar müəllifin “Poçt qutusu”, “Anamın kitabı”, “Ölülər” əsərindən epizodlar nümayiş etdirmişlər.

Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən video nümayiş olunmuşdur.

Yekunda söz Mərkəzin direktoru, İqtisad elmləri namizədi Namik Muradova verilmiş, o da belə bir tədbirin keçirilməsinin gənclərimiz üçün böyük fayda verəcəyini vurğulamış, tədbirin təşkilində həvəslə iştirak edən tələbələrə öz təşəkkürünü bildirmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.