Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyə Respublikasının turizm, inşaat sektorlarında fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qardaş Türkiyə Respublikasının işəgötürən şirkəti olan ASA HRM Danışmanlık şirkətinin rəhbərləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilib. Qonaqlar Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub və birgə əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparıblar. Bu əməkdaşlıq Mərkəzin mövcud ixtisaslarına uyğun istehsalat təcrübəsi, dual təhsil proqramı və ən başlıcası məzunların məşğulluq imkanlarının…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim təsərrüfatı sahəsində mövsümü əkin prosesi başa çatmışdır
Qəbələ Dövlət Peşə Təhsiı Mərkəzinin 36.9 ha təlim təsərrüfatı sahəsində mövsümü əkin prosesinə başlanılması üçün Mərkəzin “Aqroservis mütəxəssisi” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarının tələbələri tərəfindən kənd təsərrüfatı texnikaları saz vəziyyətinə gətirilmiş, tələbələr əkin prosesində iştirak etmiş, təcrübə sahəsində təlim dərsləri keçirilmişdir. Qrupun istehsalat təlim ustaları tərəfindən tələbələrə traktor və aqriqatlardan düzgün istifadə qaydaları, şumlama,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi”qrupunun tələbələri “Qəbələ Konserv Zavodu” MMC-də təlim dərsləri keçmişdirlər
Müəssisə tərəfindən ayrılmış mentor tələbələri emal, istehsal prosesi, məhsulların düzgün saxlanma şəraiti ilə yaxından tanış edərək, tələbələrə geniş məlumat verilmişdir
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay şəhərində keçirilən Nar Festivalında iştirak etmişdir
Festivaldan qeydə alınmış video-çarxı təqdim edirik.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay şəhərində keçirilən Nar Festivalında iştirak etmişdir
Festivalda qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir
-
Qəbələdə Zəfər Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçirilmişdir
Tədbirdə qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Günü” münasibətilə şəhid Tapdıq Ağayevin atası Çingiz Ağayev və 44 günlük Vətən müharibəsi veteranı Əvəz Qazıyevin ailələri ziyarət edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “dərzi, “qənnadçı, şirniyyatçı”, “bitkiçilik mütəxəssisi”, “dayə” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdirlər. Səfər zamanı yaşlı, tənha şəhid atasının ev və təsərrüfat işlərində köməklik göstərilib.Tələbələr hazırladıqları şirniyyatlarla çay süfrəsi açmışdırlar. Daha sonra 44 günlük Vətən müharibəsi veteranı Əvəz Qazıyevin ailəsini ziyarət ediblər. Vətən müharibəsi veteranı keçdiyi döyüş yolundan danışıb, öz…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır. Sonra Azərbaycan Respublikasının Ulu Öndəri, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təhsil…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə tələbələr arasında Zəfər Gününə həsr edilmiş Nə? Harada? Nə zaman? formatında intellektual yarış keçirilmişdir
Hər komandada 6 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib. Yarışda 24 sual səsləndirilmişdir. 1-ci yerə “Zəfər” komandası 2-ci yerə “Suqovuşan” 3-cü yerə “Polad Həşimov” komandası çıxmışdır.