Səbətiniz Boşdur!
Category: Uncategorized
- 
		
		
		Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvlərinin, təhsil alan müharibə iştirakçıları və qazi tələbələrin iştirakı ilə tədbir keçirilmişdirTədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Mərkəzin İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri Azərbaycanın qüdrətli ordusunun ermənilər üzərində qələbəsindən və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan… 
- 
		
		
		“27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilmişdirQəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər. Sonra Təhsil Mərkəzində bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir daha anılmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Azərbaycanın müstəqiliyi uğrunda… 
- 
		
		
		Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin “Pedaqoji Şura İclası” keçirilmişdirİclas öz işinə başlamazdan öncə Anım günü ərəfəsində olduğumuz üçün Azərbaycanın müstəqiliyi uğrunda və Qarabağ döyüşlərində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda Təhsil Mərkəzinin direktoru 2022-2023-cü tədris ilinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr, Pedaqoji şuranın üzvlərinin, sədr və katibinin seçilməsi, Pedaqoji şuranın illik iş planın təsdiqi və cari… 
- 
		
		
		Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “15 Sentyabr Bilik Günü” ilə əlaqədar tədbir keçirilmişdirTədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx… 
- 
		
		
		Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsini uğurla keçmiş namizədlərlə görüş keçirilmişdirGörüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və “Turizm Təşkilatçısı”, “Mehmanxana inzibatçısı”, “Qənnadçı, şirniyyatçı”, “Qrafik dizayner”, “Dərzi” ixtisasları üzrə müsabiqədən keçmiş namizədlər iştirak ediblər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən işə qəbul olmuş namizədlərə Mərkəz haqında məlumatlar verilmiş, məsuliyyətlə çalışaraq peşə təhsilinin inkişafına dəstək vermələri tövsiyyə olunmuşdur. 
- 
		
		
		Almaniyada 8 aylıq təcrübə proqramında iştirak edən tələbələrimiz üçün növbəti ekskursiya təşkil edilmişdirEkskursiya zamanı tələbələr Almaniyanın ən böyük traktor şirkəti olan John Deere traktor şirkəti, məhşur muzeyləri, Almaniyanın ən böyük Gübrə Şirkəti olan BASF Gübrələr şirkəti ilə tanış ediliblər. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında… 
- 
		
		
		Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni fəaliyyətə başlayacaq “Arıçılıq” ixtisasına vətəndaşların təşviqi məqsədilə Qəbələ rayon Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilmişdirGörüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Qəbələ rayon Arıçılar Assosiasiyasının sədri və tanınmış üzvləri iştirak etmişlər. Tədbirdə çıxış edənlər yeni iqtisadi şəraitdə Azərbaycanın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq həm daxili bazarda böyük tələbat duyulan, həm də ölkəmiz üçün yeni ixrac imkanları yaradan məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanan məhsulların… 
