Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü Siniflərin imtahandan uğurla keçmiş məzunlarına sertifikatlar təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2022/2023-cü tədris ilinin məzunlarına, İT və qənnadçı-şirniyyatçı ixtisasları üzrə imtahandan uğurla keçdikləri üçün sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə 2021-ci ildən fəaliyyətə başlayıb.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilmişdir
Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Təhsil Müəssisəsinin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaları və diplom almaları münasibətilə təbrik edib. Qonaqlar arasında Qəbələ Rayon Təhsil Sektorunun müdiri, YAP Qəbələ Rayon Təşkilatı sədri, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru, “Qəbələ Konserv Zavodu” MMC-nin direktoru, Qəbələ Garden Hotel, “Gilan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı Təhsil Tələbə Krediti Fondu və Regional İnkişaf – RİİB İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində görüş keçirilmişdir
Tədbir iştirakçılarına təhsil tələbə kreditinin məqsədi və növləri, tələbə kreditinə kimlərin, hansı şərtlərlə müraciət edə biləcəyi, həssas kateqoriyadan olan ailələrin övladları üçün tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran suallar geniş şərh olunub.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil sahəsindən ixtisaslaşan Education HUB tərəfindən “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” layihəsinin icrası tələbələr tərəfindən uğurla davam edir.
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir. Layihə çərçivəsində Qəbələ və İsmayıllı DPTM-dən olan təşəbbüs komandaları öz təşəbbüslərinin icrasını uğurla davam etdirirlər. İştirakçılar layihə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyini birgə dəstəyi ilə Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi layihəsinin icrasını yekunlaşdırmışdır
Sözü gedən layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilmiş 30 nəfər gənc üçün Marketinq bacarıqları, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlər keçirilmişdir. Layihənin son təlimi aqroturizm sahəsində maraqlı olan gənclər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmişdir. Təlimdə ilk öncə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təqaüdə çıxan əməkdaşları ilə görüş keçirilmişdir
Mərkəzin direktoru təqaüd yaşı çatan Mərkəzin baş ustası Səlim Mehdiyev, fiziki tərbiyə rəhbəri Mabit Əzimov, İstehsalat təlim ustası Məmmədşah Şahverdiyevin uğurlu fəaliyyətləri, peşə təhsilində təcrübələri, Mərkəzin bütün fəaliyyətlərində töhvə verdiklərini diqqətə çatdırıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təqaüdə çıxan əməkdaşları Mərkəzinin inkişafında göstərdiyi xidmətlərə, peşə təhsili sahəsinə verdiyi tövhəyə görə təşəkkürnamə ilə təltif edilib və…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İkinci Nəfəs Psixologiya Mərkəzi arasında imzalanmış memoranduma əsasən mərkəzimizin “Dayə” qrupunun tələbələri 30 iyun 2023-cü il tarixində praktiki təcrübələrini İkinci Nəfəs Psixologiya Mərkəzinidə keçərək, tamamlamışdırlar
Bu müddət ərzində Azərbaycanda ilk dəfə təşkil olunan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışacaq Kölgə Müəllimi ixtisasına yiyələnmişlər. Kölgə Müəllimi ixtisasının ilk məzunları bu peşənin sirrini öyrənməklə bərabər, gələcəkdə İNPM-də işlə təmin olunma şansı qazanmışlar. Sertifikatların təqdimetmə mərasimini geniş nitqi ilə açan İNPM-nin psixoloqu Natiq Muradbəyli iştirakçıları salamlayaraq, 2 aylıq prosesin yekun nəticələri ilə iştirakçıları…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiyalar Festivalında təmsil olunmuşdur
Festivalda qonaqlara Mərkəzimizdə aqrar və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib. Təşəbbüsün əsas…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 61 nefer tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Aspaz”, “Bitkiçilik mütəxəssisi”, “Geniş profilli traktorçu-maşinist, temirçi-çilingər, “Aqroservis mütəxəssisi” qruplari uzre 61 nəfər tələbəyə tam orta təhsil haqqında sənədlər təqdim edilib. Sənədlərin təqdim edilməsi münasibətilə keçirilən tədbirdə, Mərkəz rəhbərliyi tərəfindən məzunlara kariyeralarının formalaşması istiqamətində hər zaman əməkdaşlıq etmək tövsiyyə olunmuş, işəgötürənlərlə əlaqələrin qurulmasında davamlı informasiya mübadiləsi qurulacağı bildirilmişdir. Sonda məzunlara…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Konserv Zavodunun birgə əməkdaşlıq müqaviləsinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim edilmişdir
Qeyd edək ki, kursun nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib. Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər. Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib. Kursu bitirən və sertifikat əldə edən hər…