Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Respublika qəzetində və saytında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qazanılmış nailiyyətləri və uğurları haqqında məqalə dərc edilmişdir.
Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə yaz semestr imtahanları başlamışdır
Hal-hazırda Mərkəzimizdə 9 qrup üzrə 119 nəfər tələbə imtahanlarda iştirak edir. Mərkəzimizdə təhsil alan “Baytarlıq və heyvandarlıq işi” ixtisası üzrə 4 nəfər tələbə Almaniyada təcrübə proqramının iştirakçılarıdır. Həmin tələbələrin imtahanda iştirakı onlayn şəkildə həyata keçirilib. Yüksək Texniki Peşə Təhsil səviyyəsi üzrə yaz semestr imtahanları davam edir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2022-2023-cü tədris ili üzrə Dövlət Buraxılış ixtisas imtahanları başa çatmışdır
Dövlət Buraxılış ixtisas imtahanlarında komissiyasının üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas(sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq, onları qiymətləndiriblər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini bitirmiş 392 məzun üçün diplomların hazırlanması prosesinə başlanılıb. Qısa zaman ərzində diplomların təqdimetmə mərasimi keçiriləcək.
-
Avropa İttifaqı tərəfindən maliyyələşən “Azərbaycanda Peşə Təhsili və Təlimində keyfiyyət təminatı və kredit sisteminə transfer üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində peşə təhsili və təliminin keyfiyyətini artırmaq, keyfiyyət təminatı çərçivəsini inkişaf etdirmək məqsədilə Avstriyaya təlim səfəri təşkil olunmuşdur
Təlim səfərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev də iştirak etmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir
Tədbirdən qeydə alınmış video-çarxı təqdim edirik.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir
Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə çıxış edənlər Mərkəzimizin son illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirmələrini, tələbələrimizin tədris ili ərzində Mərkəziminin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq övladlarının fəaliyyəti barədə göstərdikləri yüksək həssaslığı qeyd etmişdirlər. Həmçinin məzunlarımıza həyatlarının növbəti…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Türkiyə Respublikasında təlim-təcrübə proqramında iştirak edən mühəndis-pedaqoji heyəti səfər hesabatı vermiş və təqdimat etmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının İstanbul, Bursa, Antalya və İzmir şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak ediblər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramı təşkil edilib. Təcrübə proqramı Azərbaycan Respublikası…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir
İclası mərkəzin direktoru, pedoqoji şuranın sədri açaraq, gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. İclasda Tİİ üzrə direktor müavini tərəfindən Dövlət buraxılış – ixtisas imtahanlarının təşkili vəziyyəti, Yüksək Texniki Peşə təhsili səviyyəsi üzrə istehsalat təcrübəsinin gedişi və Aralıq Attestasiya imtahanlarının hazırlığı vəziyyəti barədə məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir. İclasın gedişində Tİ üzrə direktor müavini tərəfindən peşəyönümü təbliğat…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Konserv Zavodunun göndərişinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kursları təşkil edilmişdir
Kursun nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib. Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər. Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib. Kursu bitirən və sertifikat əldə edən hər bir müdavim Qəbələ…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin iştirakı ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Qəbələ Rayon Polis Şöbəsinin YYÇPİTQ-nun baş inspektoru, polis mayoru Zamiq Nadirov insan hüquqları haqqında ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.…