Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri sahibkarlarla bağlanmış birgə istifadə müqaviləsinə əsasən fermer təsərrüfatlarında təcrübə keçmişdirlər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” və “Aqroservis mütəxəssisi” ixtisasları üzrə II kurs tələbələri praktik dərslərini sahibkarlarla bağlanmış birgə istifadə müqaviləsinə əsasən fermer təsərrüfatında keçirlər. Dərslər zamanı tələbələr şirkətdaxili təlimçilərin nəzarəti ilə texnikanın idarə edilməsi, nizamlanması və kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyasını öyrənirlər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış ixtisas imtahanları başlamışdır
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 22.05.2020 – i il tarixli KQ 04 N°-li qərarı ilə təsdiq edilmiş ” Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na və “Dövlət Buraxılış imtahanlarının təşkili üçün DAK sədrlərinin təyin edilməsi barədə” PTDA-nın 29.03.2023-cü il tarixli 3-29-63/3-2-091/2073 N°li əmri əsas tutularaq, Dövlət buraxılış…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqımızın şanlı tarixi” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Qəbələ UADM-ın əməkdaşları, Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, mərkəzin ekspert qrupunun üzvü iştirak ediblər. Tədbirdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş Günündən söz açılıb. Çıxış edənlər Ulu Öndərin Azərbaycan Respublikasının Dövlət müstəqiliyinin möhkəmlənməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında müstəsna xidmətləri olduğunu qeyd ediblər. Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığına…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Bir Peşənin Sirri” festivalında təmsil olunmuşdur
Festivaldan qeydə alınmış video – çarxı təqdim edirik.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak etmişdirlər
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramı təşkil edilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin də bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının İstanbul, Bursa, Antalya və İzmir şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak edir. May və iyun…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Bir Peşənin Sirri” festivalında təmsil olunmuşdur
Festivalda qonaqlara Mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Qeyd edək ki, “Bir Peşənin Sirri” festivalına Avropa İttifaqı ( Delegation of the European Union to Azerbaijan ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) tərəfindən Peşə…
-
“Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” layihəsinin təlimləri uğurla yekunlaşmışdır
Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir. Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompleks mülki müdafiə” təlimi keçirilmişdir
Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki Müdafiə tədbirləri planı çərçivəsində 31 may – 2 iyun 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəhbərliyi ilə Qəbələ rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda “Kompleks mülki müdafiə” təlimi keçirilib. Təlimin bir hissəsi…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı və Karyera” günü keçirilmişdir
Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri (IX – XI siniflər), müəllimlər, valideyinlər, uğurlu məzunlar, KİV nümayəndələri, eyni zamanda əməkdaşlıq etdiyimiz müəssisələrdən Gabla Hospitality Group, Qəbələ Regional “Asan xidmət” Mərkəzi, Qəbələ Yeddi Gözəl Hotel, Qəbələ Rayon Təhsil Sektoru, “AFB Bank” ASC, “Savalan-ASPİ Vayneri” MMC və Qəbələ Garden Hotelin, Qəbələ şəhər Vəndam qəsəbəsi, 1 nömrəli…