Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüş keçirilmişdir
Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək təhsil müəssiəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə qonaqlar müəssisənin maddi-texniki bazası ilə tanış olub, Protokol çərçivəsində tikilməsi nəzərdə tutulan emalatxana və təlim oteli yerinə baxış keçiriblər. Emalatxananın yerləşmə planları müzakirə olunub. Qeyd edək…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) təhsil alan tələbələrə diplomlar təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) təhsil alan tələbələrə təhsil proqramlarını tam yerinə yetirərək, 2023-cü il mart ayında Dövlət Buraxılış İmtahanını müvəffəqiyyətlə verdiklərinə görə, diplomların təqdim edilməsi tədbiri keçirilib. Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Mərkəzin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə söhbət açmış, məzunları…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Regional İnkişaf – RİİB – də könüllü fəaliyyət göstərən tələbələrimiz üçün təlim təşkil edilmişdir
“Turizm destinasiya marketinqi. Rəqəmsal alətlərin tətbiqi” mövzusunda keçirilən təlimdə Şəki Regional KOB İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Elçin Poyliyev tərəfindən könüllülərə sahibkarlıq fəaliyyətinə necə başlamaq olar, turizm sahəsində sahibkarlıq fəaliyyəti zamanı nələrə diqqət etmək lazımdır, gənc sahibkarlara dövlətin dəstək mexanizmləri, bu sahadə tətbiq edilən güzəştlər barədə ətraflı məlumat verilib. Könüllülər, həmçinin mövzu ilə bağlı suallar əsasında…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir təşkil olunmuşdur
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsi tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar olaraq “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Regional idarənin məsul əməkdaşları, QDPTM-nin pedaqoji heyəti və tələbələri iştirak…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilmişdir
25 may 2023-cü il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Vətən Müharibəsində şəhid olmuş, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə…
-
Tələbə qəbulu prosesinə hazırlıq məqsədilə peşəyönümü təbliğatı davam edir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ rayon Mirzəbəyli, Qaradeyn, Kürd, Savalan, Həmzəlli, Tikanlı, Bayramkoxa, Mamaylı, Seyidqışlaq, Bunud, Məmmədağalı, Qəmərvan, Zarağan kəndlərində və Bum qəsəbəsində yerləşən məktəblərin şagirdlərinə peşəyönümü işlə bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə qısamüddətli təlimlər üzrə buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçmiş müdavimlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş sertifikatlar təqdim edilmişdir
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2023-cü ilin fevral ayından etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 3 aylıq “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə qısamüddətli təlim başlanmışdır. Peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər müraciət etmişlər.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Konserv Zavodu və Qəbələ İnşaat MMC-nin göndərişlərinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kursları təşkil edilmişdir
Kursların təliminin nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib. Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər. Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib. Müdavimlərə kursu bitirmələri haqqında sertifikatlar təqdim olunub. Kursu bitirən…