Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Nəğməli tariximiz” adlı maarifləndirici layihə həyata keçirilib
Layihənin məqsədi Azərbaycan xalq mahnıları və bir çox nəğmələrin sətirlərində dəyərli tarixi faktlar gizlədildiyini tədbir iştirakçılarına bildirmək, sovet dönəmində yazıçılar tərəfindən yazılmış şeirlər və bəstələnmiş mahnılar senzuradan keçsin deyə Azərbaycan xalq mahnılarının və digər nəğmələrin sadəcə mahnı yox, həm də nəğməli kitabə olmasını gənc nəsilə çatdırmaq, onlar arasında tarixi musiqimizə maraq artırmaqdır. Tədbir təşkilatçıları tərəfindən…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü Siniflər – Mingəçevir şəhər 7 nömrəli tam orta məktəb üçün infotur həyata keçirilib
İnfotur iştitakçıları Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olublar, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, master-klasslarda iştirak ediblər. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında məlumatlandırılmasında belə tədbirlərin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 33-cü il dönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər bildirmişlər ki, tarixin bu qara səhifəsi əbədi olaraq, hər bir azərbaycanlı üçün, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq ümumilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və soydaşlarını itirən hər bir kəs 20 Yanvar tarixini gözü yaşlı keçirir. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Azərbaycan Respublikasının Prezidentinə öz təşəkkürlərini videoçarx vasitəsilə bildirmişlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar, ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir. Peşə təhsil müəssisələrində təhsil alan gənclərimiz bu dəstək,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” qrupunun tələbələri ətraf mühitə atılmış plastik tullantıları toplayaraq bayram ağacı düzəldiblər
Onlar bu məqsədlə “yenidən istifadə”ni rəmzləşdirməyə çalışıblar. Düşünürük ki, bu “eko yolka” təkrar emala və plastik tullantı kirliliyinin azaldılmasında önəmli rol oynayacaq.
-
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb. Layihə çərçivəsində həyata keçirilən bütün mərhələləri uğurla başa vuran Qəbələ…