Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbir keçirilmişdir
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Mərkəzin müəllimləri ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Dual təhsil proqramı üzrə “Aşpaz” ixtisasının məzunu, hal-hazırda “Qafqaz Tufandag Mountain Resort”da barmen kimi çalışan Nurəddin Səlimov proqram haqqında fikirlərini bölüşür
Qeyd edək ki, Qəbələdə bu proqrama cəlb olunan 38 tələbədən 20-si təcrübə keçdikləri hotellərdə iş təklifi alaraq işləməyə başlayıblar.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Autizm Erkən Müdaxilə Mərkəzi tərəfindən 28 avqust 2022-ci il tarixində “Açıq Qapı” keçirilmişdir
Açıq Qapıda Dr.Aynur Hüseynli – Pediatr, psixoterapevt, Ayna İsazadə – Psixoloq, Mirvari Həşimli – Kliniki psixoloq, Kazım Əliyev – Duyu Bütünləmə mütəxəssisi, MBT iştirak etmişdir. Mütəxəssislər tərəfindən ailə danışmanlığı, uşaq inkişaf dəyərləndirilməsi, skrininq testlər həyata keçirilmiş və bu istiqamətdə valideynlərə maarifləndrici məlumatlar paylaşılmışdır.
-
📢 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə 01 avqust tarixindən etibarən 2022-2023-cü tədris ili üzrə tələbə qəbuluna start verilir.
‼️Tələbə qəbulu elektron qaydada portal.edu.az platforması üzərindən aparılır. ℹ️Axşam təhsilinə qəbul üçün isə Mərkəzimizə müraciət edə bilərsiniz. ➡️ Gələcəyin üçün indi qərar ver ️⃣ SənDəPeşəyəGəl 📞 +994(50) 831 77 33📞 +994(55) 395 49 62📞 +994(24) 205 29 88📞 +994(24) 205 04 36✉️ gabala@vet.edu.az🔗 gabalaptm.edu.az📍 28 may küçəsi., 34, Qəbələ, Azərbaycan QəbələDövlətPeşəTəhsilMərkəzi #PeşəTəhsili #SənDəPeşəyəGəl
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində müqavilə imzalanıb.
Müqavilə əsasında müvafiq ixtisaslar üzrə müəssisənin istehsalat bazasının icarəsinə, eyni zamanda bu ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislərin sual bazasının hazırlanması prosesinə və qiymətləndirmə komissiyasına ekspert olaraq cəlb edilməsinə başlanılıb. Sözügedən əməkdaşlıq çərçivəsində bir neçə peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesində iştirak edirlər. Şəki, Yevlax, Ağcabədi, Beyləqan rayonlarından olan 8 nəfər…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm təşkilatçısı” qrupunun tələbələri Qafqaz Tufandag Hotel Gabala hotelinə ekskursiya ediblər
Mərkəzin tələbələri hotellə, onun infrastrukturu ilə yaxından tanış olmuşdur. "Mehmanxanada təhlükəsizlik qaydaları", "Qonaqlara servis xidməti" haqqında təhsilalanlara geniş məlumat verilmişdir. Tufandağ hotelinə ekskursiya tələbələrin böyük marağına səbəb olmuşdur.
-
“Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasında dual peşə təhsili alan tələbələrlə Mərkəz rəhbərliyinin görüşü keçirilib
Görüşdə tələbələrin "Qafqaz – Qəbələ" MMC-nin otellərində keçdikləri praktiki təcrübələr nəticəsində əldə etdikləri bacarıqları, nəaliyyətləri haqqında danışılıb. Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər. Həmçinin tələbələr Mərkəzin tikiş emalatxanasında onlar üçün hazırlanmış yeni formalarla tanış olmuşlar. Formaların təhciz olunması və tələbələrin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Kimyəvi- bakterioloji analiz laborantı" ixtisasının tələbəsi Əsgərov Rəhman Sumqayıt şəhərində keçirilən Avropa Kuboku yarışında MMA döyüş növü üzrə l yer tutduğuna görə diplom və medalla təltif olunub
Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
-
Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar
8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.