Səbətiniz Boşdur!
Category: Uncategorized
-
“2 fevral – Gənclər günü” münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib
Tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsini vurğulayıb, Ümummilli…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili səviyyəsi üzrə semestr imtahanları başlanıldı
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili üzrə tədris planlarına və Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 №-li təsdiq edilmiş dəyişikliklərlə “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydaları əldə rəhbər tutularaq, yüksək peşə təhsili üzrə qeyd olunan ixtisaslar (“mühasibat uçotu”, “mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” və “veb dizayn və…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ – Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı…
-
Tələbələrimiz üçün “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilib
“Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının tələbələri üçün Mərkəzin istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı tələbələrə restoranlarda satışın yüksəldilməsi üçün bir sıra marketing strategiyaları, restoran biznesində onlayn və oflayn marketing haqqında geniş məlumatlar verilmiş, sonra tələbələrin sualları cavablandırılmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək" layihəsi çərçivəsində təlimlər keçirilib
Təlimlər təcrübəli təlimçilər tərəfindən interaktiv qaydada keçirilib və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə şəxsi səriştələrin artırılması, peşəyönümü, peşə hazırlığı, ömürboyu təhsil, özünüməşğulluq proqramı və müraciət prosedurları, eləcədə gənclərin məşğulluğunun təmin olunması ilə peşə mərkəzləri tərəfindən yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Həmçinin karyera planlanması və işə qəbul qaydaları haqqında gənclərlə fikir mübadiləsi aparılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili alan tələbələrin semestr imtahanları davam edir
Sessiya müddətində imtahanlar Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 N-li qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydalarına və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Təhsil Nazirliyinin 11.09.2008-ci il 1060 N-li əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda ekskursiyada olmuşlar
Ekskursiya çərçivəsində tələbələr "Azərbaycan tarixi" modulu üzrə öyrəndikləri nəzəri bilikləri əyani olaraq görmə imkanı əldə ediblər. Eyni zamanda Qədim Albaniyanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı informasiyalar öyrənmək imkanı qazanıblar. Ekskursiyada qoruqdakı arxeoloji qazıntılarla tanışlıqla yanaşı muzey kompleksində olan maraqlı tarixi eksponatlara baxış keçirmişlər.
-
"Mehmanxana inzibatçısı", "Turizm təşkilatçısı" və "Aşpaz" ixtisası üzrə təhsil alan tələbələri üçün Təhsilalanlarla iş şöbəsi tərəfindən “Danışıq aparma bacarıqları” üzrə təlim keçirilib
Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən Danışıq aparma bacarıqları üzrə zəruri bilik və vərdişlərə yiyələnmənin iş həyatında rolu, Natiqlik nədir, Natiqlik sənətinin tarixi, effektiv nitq üçün vacib keyfiyyətlər, Natiqliyin növləri, verbal və qeyri-verbal ünsiyyət vasitələri və s. haqqında geniş məlumat verilib. Daha sonra təlim iştirakçıları üçün praktiki tapşırıqlar həyata keçirilib. Sonda mövzu ilə…
-
"Aşpaz" ixtisasında dual peşə təhsili alan tələbələrlə Mərkəz rəhbərliyinin görüşü keçirilib
Görüşdə tələbələrin "Qafqaz – Qəbələ" MMC-nin otellərində keçdikləri praktiki təcrübələr nəticəsində əldə etdikləri bacarıqları, nəaliyyətləri haqqında danışılıb. Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər. Həmçinin tələbələr Mərkəzin tikiş emalatxanasında onlar üçün hazırlanmış yeni formalarla tanış olmuşlar.