Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev, Mərkəzin Mülki Müdafiə Qərargah rəisi, II Qarabağ Müharibəsinin iştirakçısı İlham Əfəndiyev Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar. Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə görüş keçirilmişdir
Mərkəzin 2021-2022- ci tədris ilində müxtəlif ixtisaslar üzrə 39 qrupda 641 tələbə təhsil alır. Onlardan tədrisdə fərqləndiklərinə, Mərkəzin ictimai həyatında fəal iştirak etdiklərinə, idmanda yüksək nəticələr göstərdiklərinə görə 91 nəfər tələbə rəhbərlik tərəfindən "Fəxri Fərman"la təltif olunmuşlar. Təltif olunan tələbələri təbrik edir, onlara daha yüksək nəaliyyətlər arzu edirik!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, silsilə tədbirlər keçirilmiş, Şəhidlər Xiyabanı ziyarət edilmişdir
Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsi yad edilmiş, məzarları üstünə qərənfillər düzülmüşdür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir
İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2021-2022 – ci tədris ilinin l yarısının yekunları və ll yarımildə qarşıda duran məsələlər, yeni dərs ilində mərkəzə tələbə qəbulu aparılması üçün əmək bazarının öyrənilməsi vəziyyəti və mərkəzə tələbə qəbulu üçün ixtisasların seçilməsi və təsdiqi barədə məlumatlar vermişdir. Tədris istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov istehsalat təlimindən TNQ-nin qiymətləndirilməsinin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan Günərzi Qayğı Mərkəzində bayram tədbiri keçirilmişdir
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Uşaqlar Birliyinin sədri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə Qəbələ Günərzi Qayğı Mərkəzində uşaqların qonağı olmuş, benefisiarlara bayram hədiyyələri paylamışdır. Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Kəmalə xanım uşaqları və Qayğı Mərkəzinin kollektivini təbrik etmiş, onlara Yeni il arzularını bildirmişlər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib
Tədbirdə Mərkəzin mühəndis-pedoqoji heyəti və tələbələr iştirak ediblər. İlk öncə işğaldan azad edilən torpaqlarımız haqda video görüntülər izlənilib. Daha sonra Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi” peşəsi üzrə təhsil alan tələbələri, tikiş emalatxanasında dual təhsil üzrə təhsil alan tələbələr üçün yeni formalar hazırlamışlar
Mərkəzin emalatxanasında işəgötürənlərlə əməkdaşlıq çərçivəsində sifarişlər qəbul olunaraq, digər məhsulların istehsalına başlanılacaqdır. Qeyd olunan fəaliyyətlər bu sahə üzrə təhsil alan tələbələrin yerində istehsalat təcrübəsi keçməsinə imkanlar yaratmaqla yanaşı, Mərkəzin gəlir imkanlarını artıracaqdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Peşə Təmayüllü Siniflərin Təşkili layihəsinin birgə təşəbbüsü ilə Qəbələ rayon Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbində Peşə Təmayüllü Siniflərin şagirdləri ilə görüş keçirilmişdir
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində geniş məlumat verilmişdir.
-
Seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera Məsləhətçiləri üçün Təlim Proqram”ının yekunlaşması çərçivəsində iştirakçılarına sertifikatlar təqdim edilib
Proqram çərçivəsində Qəbələ, Bakı, Gəncə, Şəki, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibə mərhələsinə dəvət alıb və nəticədə 22 iştirakçı təlimləri uğurla tamamlayıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı”nda Zəfər bayramı Naminasiyası üzrə I yeri əldə edib
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfransda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova…