Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Türkiyə nümayəndə heyəti peşə təhsili sahəsində əməkdaşlıq üçün ölkəmizdə səfərdədir
12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Peşə Təmayüllü Siniflərin Təşkili layihəsinin birgə təşəbbüsü ilə Qəbələ rayon Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbində Peşə Təmayüllü Siniflərin şagirdləri ilə görüş keçirilmişdir
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində geniş məlumat verilmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin “Aspi Agro” ( Savalan Wines ) üzüm emalı zavodunda “işə əsaslanan öyrənmə” metodu ilə həyata keçirilən istehsalat təcrübəsi başlamışdır
Əldə olunan razılaşmaya əsasən, mərkəzin tələbələrinin təcrübə keçmələri üçün zavod tərəfindən 2 hektar təsərrüfat sahəsi ayrılmışdır. Tələbələr bu sahədə mövsümi işləri həyata keçirməklə istehsalat ustalarının rəhbərliyi ilə praktiki biliklər əldə edəcəklər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” adlı tədbir keçirilib
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və müəllimləri də iştirak ediblər.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan Günərzi qayğı mərkəzi öz fəaliyyətini davam etdirir
Mərkəzin benefisiarları ilə pedaqoq-tərbiyəçilər, psixoloq və uşaq inkişaf mütəxəssislərinin hər bir üzvü məşğul olur, onların bütün ehtiyaclarını qarşılayırlar. Günərzi mərkəzində çalışan hər bir işçi uşaqlara böyük qayğı və mərhəmətlə yanaşır, onların fiziki və əqli qabiliyyətlərinin inkişafı üçün müxtəlif tədbirlər keçirirlər. Birgə keçirilən ad günləri uşaqların xatirəsində dərin iz buraxır, onları bir-birinə daha da doğmalaşdırır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji kollektivin iştirakı ilə “Əbədi Liderimiz” adlı tədbir keçirilmiş, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən video-çarx nümayiş olunmuşdur
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tələbələrimiz ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri düzmüş, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” başlıqlı mühazirə oxunub, tələbələr mərkəzin ekspozisiya zalında Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən ibarət bölmələr haqqında…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Dual təlimə cəlb olunmuş tələbələri üçün iş yerində praktik öyrənmə təlimlərinə start verilmişdir
Qafqaz Riverside Hotel Gabala hotelində iaşə üzrə şirkətdaxili təlimçi Vüsal Mürsəlov tərəfindən təlim kecirilmişdir. Təlimin əsas məqsədi tələbələri mehmanxana və restoran işləri ilə yaxından tanış etmək, oteldə davranış qaydalarını izah etmək və qonaqlara servis göstərilməsi qaydalarını praktik həyata keçirilməsini göstərmək olmuşdur.
-
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib
Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir
İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020- 2021- ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etmiş, yeni tədris ilində bu fəlaiyyətlərin geniş formada davam etməsi istiqamətindəki proqramlar barədə məlumat vermişdir.