Səbətiniz Boşdur!
Category: Uncategorized
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “11 oktyabr Gəncə terror” unun il dönümü ilə bağlı tədbir keçirilmişdir
İlk öncə bir dəqiqəlik sükutla 11 oktyabr 2020-ci ildə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərin ruhu hörmətlə anılıb. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakından, şahidi olduğu hadisələrdən danışıb. Daha sonra Mərkəzin istehsalat təlim ustası Qaçayeva Hicran general Polad Həşimovdan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində bir qrup tələbə arasında hərbi yarış keçirilib
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, tələbələrdə hərbi hazırlığın gücləndirilməsi, onlarda yarış təcrübəsini və ustalığı artırmaqdan ibarətdir.
-
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün Türkiyəyə iki həftəlik təlim və təcrübə səfəri uğurla yekunlaşıb
Təlim səfərinin sonuncu günündə Sultanahmet Mesleki ve Teknik Anadolu Lisesinə ziyarət edilib. İlk öncə tarixi binada yerləşməsi ilə diqqət çəkən təhsil müəssisəsinin rəhbəri Yusuf Atılgan ilə görüş keçirilib. Daha sonra peşə təhsil müəssisəsinin “İKT”, “Elektrik”, “Qrafik” və “Fotoqrafiya”, “Mebel” və “Daxili Məkan” sahələri üzrə istehsalat təlim otaqları, emalatxanalarla tanışlıq olub. Təlim günü çərçivəsində İstanbul Milli…
-
17 oktyabr 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşı “17 oktyabr Gəncə terror” unun il dönümü ilə əlaqədar anım mərasiminə qatılıblar
İlk öncə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş vətəndaşların xatirəsinin əbədi yaşadılacağı məkan ziyarət edilmiş, onların ruhlarına dualar oxunmuşdur. Ekuskursiya zamanı Gəncə terroru nəticəsində ziyan dəyən tikililər və tarixi yerlər, zərbənin təsirindən ətrafda ziyan dəymiş və dağılmış binalar ziyarət edilmişdir.
-
“27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri, təhsil alan müharibə iştirakçıları və qazi tələbələrlə görüş keçirilmişdir
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 gün davam edən müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da…
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz,…
-
Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs ilinin ilk günü ilə bağlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar təbrik etmiş, ənənəvi dərslərin davamlı keçirilməsində pandemiya qaydalarına əməl etməyin zəruriliyini diqqətə çatdırmışdır. Q. Nəbiyev 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu, Bum qəsəbə sakini, 44 günlük Vətən Müharibəsi şəhidi Süleymanov Vasif Akif oğlunun 06 oktyabr 2021-ci il tarixində şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Mərkəzin mühəndis-pedaqoji heyətinin üzvləri, bir qrup tələbələr də iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi Vasif Süleymanovun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin şəhid Süleymanov Vasif Akif oğlunun xatirəsinə Bum qəsəbəsində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyətinin Türkiyədə təlim və təcrübə mübadilə səfəri davam edir
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri davam edir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Türkiyəyə təlim səfərinə yollanıb
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri başlayıb.