Səbətiniz Boşdur!
Category: Uncategorized
-
28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günləri təşkil edilib
“Açıq Qapı” günlərində Qəbələ və ətraf rayonlardan olmaqla ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, biznes müəssisələrinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə…
-
Peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir
10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
-
Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib. 20.08.2021 tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına tələbə qəbulu üzrə müsahibələr həyata keçirildi.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində " İşgüzar yazışmalar" üzrə təlim keçirildi
01 iyul 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən işgüzar yazışmalar üzrə təlim keçirildi.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati heyəti üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Danışıq aparma bacarıqları” üzrə təlim keçirilib
Təlimdə Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov tərəfindən Danışıq aparma bacarıqları üzrə zəruri bilik və vərdişlərə yiyələnmənin iş həyatında rolu, Natiqlik nədir, Natiqlik sənətinin tarixi, effektiv nitq üçün vacib keyfiyyətlər, Natiqliyin növləri, verbal və qeyri-verbal ünsiyyət vasitələri və s. haqqında geniş məlumat verilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İşəgötürənlərlə dəyirmi masa təşkil edilib
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşı olduğu 30-dək biznes müəssisəsi iştirak edib. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə biznes müəssisələri arasında uğurlu əməkdaşlıq, gələcək perspektivlər, Peşəyə olan marağın artırılması üçün işəgötürənlərin təklifləri, Peşə Təhsili müəssisələri ilə əməkdaşlıq imkanları, tələbələrin təcrübə proqramları, İşyerində öyrənmə konseptinin müzakirəsi, hər hansı birgə biznes imkanı, Karyera Mərkəzinin yaradılması…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Vaxtın İdarə Edilməsi” üzrə təlim keçirilib
Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində inzibati heyət üçün təhsilalanlarla iş şöbəsi tərəfindən “Vaxtın İdarə Edilməsi” üzrə təlimin 1-ci hissəsi keçirilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomlar təqdim edilib
Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Camal Rəsulov açaraq tədbir iştirakçılarını salamlayaraq, tədbirin proqramı haqda iştirakçıları məlumatlandırıb. Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev məzunları təbrik edərək, ölkədə peşə təhsili istiqamətində həyata keçirilən proqramlar, Mərkəzin ötən tədris ilində qazandıqları təcrübə və əməkdaşlıqlarla bağlı geniş məlumat verib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış ixtisas imtahanları başlayıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 03.06.2021-ci il tarixli F-25 saylı əmri əsas tutularaq, Dövlət buraxılış ixtisas imtahanları başlayıb. Ümumi orta təhsil bazasından “Bağban-dekorator” və tam orta təhsil bazasından dayə ( təhsil müddəti 1 il) ixtisası üzrə imtahanlar müvəffəqiyyətlə başa çatıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan ll kurs tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub
2021-ci ilin 15 fevral tarixindən tələbələr “iş yerində öyrənmə” təliminə, 29 mart tarixindən isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi “Gilan-Qəbələ Aqroservis” ASC-də təşkil edilib. Təcrübənin davamı olaraq 02.06.2021-ci il tarixində iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahan tərəfdaş müəssisənin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə hazlanması, tarlanın səpinə hazırlanması, eyni zamanda digər…