Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji kollektivin iştirakı ilə “Əbədi Liderimiz” adlı tədbir keçirilmiş, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən video-çarx nümayiş olunmuşdur
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tələbələrimiz ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri düzmüş, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” başlıqlı mühazirə oxunub, tələbələr mərkəzin ekspozisiya zalında Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən ibarət bölmələr haqqında…
-
Türkiyə nümayəndə heyəti peşə təhsili sahəsində əməkdaşlıq üçün ölkəmizdə səfərdədir
12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Dual təlimə cəlb olunmuş tələbələri üçün iş yerində praktik öyrənmə təlimlərinə start verilmişdir
Qafqaz Riverside Hotel Gabala hotelində iaşə üzrə şirkətdaxili təlimçi Vüsal Mürsəlov tərəfindən təlim kecirilmişdir. Təlimin əsas məqsədi tələbələri mehmanxana və restoran işləri ilə yaxından tanış etmək, oteldə davranış qaydalarını izah etmək və qonaqlara servis göstərilməsi qaydalarını praktik həyata keçirilməsini göstərmək olmuşdur.
-
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib
Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir
İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020- 2021- ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etmiş, yeni tədris ilində bu fəlaiyyətlərin geniş formada davam etməsi istiqamətindəki proqramlar barədə məlumat vermişdir.
-
Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi, Qəbələ rayon Gənclər və İdman idarəsi və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə imzaladığı əməkdaşlıq memorandumuna əsasən Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin idman zalında gənclər arasında voleybol idman növü üzrə
Turnirin keçirilməsində məqsəd idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir. Gənclər arasında keçirilən voleybol üzrə Qəbələ rayon turnirinin yekununda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin komandası I yerə, Qəbələ şəhər 5 saylı tam orta məktəbinin komandası II yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib
"Xalçaçılıq" qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər" xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.
-
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib
Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq…
-
Cari tədris ilində təmir olunmuş yataqxanada hazırda 40 nəfərdən çox tələbə yerləşdirilib və onların asudə vaxtlarının səmərəli təşkili də daim diqqətdə saxlanılır
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində respublikamızın müxtəlif bölgələrindən tələbələr təhsil alırlar. Cari tədris ilində təmir olunmuş yataqxanada hazırda 40 nəfərdən çox tələbə yerləşdirilib. Onların asudə vaxtlarının səmərəli təşkili də daim diqqətdə saxlanılır.