Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Hərbi Qənimətlər Parkına səfər etmiş, Dənizkənarı bulvarda açılmış Zəfər yarmarkasında iştirak etmişlər
Azərbaycanın Qarabağ savaşında qalibiyyətini əks etdirən hər iki məkanda olmaq qəlbimizi qürur hissi ilə doldururdu. Doğma Bakımızın ən mənzərəli yerində- Yeni Bulvarda yaradılmış Hərbi Qənimətlər Parkı bizə şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır. Qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə düşmənə, dünyaya, hətta özümüzə belə əsl döyüşçü olduğumuzu sübut etdi.