Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təşkil olunmuş sahəvi görüş keçirilib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu, Şəki KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ - Oğuz rayonlarında Qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş keçirilmişdir. KOBİA tərəfindən sahibkarlara göstərilən xidmətlər və KOB Dostunun fəaliyyət istiqamətlərinə dair tədbir iştirakçılarına məlumat verilmişdir.