Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinə başlanılır
27 avqust - 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır. Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub. İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi. 05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin "Müraciət_forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı verilmişdir.