Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib
Tədbirdə polis əməkdaşları, Mərkəzin rəhbərliyi və tələbə kollektivi iştirak etmişdir. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Həsənli, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Rəşid Süleymanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verdilər. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən danışan natiqlər,ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd etdilər.