Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “11 oktyabr Gəncə terror” unun il dönümü ilə bağlı tədbir keçirilmişdir
İlk öncə bir dəqiqəlik sükutla 11 oktyabr 2020-ci ildə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərin ruhu hörmətlə anılıb. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakından, şahidi olduğu hadisələrdən danışıb. Daha sonra Mərkəzin istehsalat təlim ustası Qaçayeva Hicran general Polad Həşimovdan…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyətinin Türkiyədə təlim və təcrübə mübadilə səfəri davam edir
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri davam edir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Türkiyəyə təlim səfərinə yollanıb
Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri başlayıb.
-
Seçilmiş peşə təhsil müəssisələri üçün “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib
“Karyera məsləhətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz,…
-
Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs ilinin ilk günü ilə bağlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar təbrik etmiş, ənənəvi dərslərin davamlı keçirilməsində pandemiya qaydalarına əməl etməyin zəruriliyini diqqətə çatdırmışdır. Q. Nəbiyev 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu, Bum qəsəbə sakini, 44 günlük Vətən Müharibəsi şəhidi Süleymanov Vasif Akif oğlunun 06 oktyabr 2021-ci il tarixində şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Mərkəzin mühəndis-pedaqoji heyətinin üzvləri, bir qrup tələbələr də iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi Vasif Süleymanovun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin şəhid Süleymanov Vasif Akif oğlunun xatirəsinə Bum qəsəbəsində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.
-
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinə başlanılır
27 avqust – 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır. Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub. İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron…
-
Elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslərin sənəd qəbulu başa çatmışdır
Qeyd edək ki, elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər 24 avqust – 30 avqust (saat 18:00-dək) tarixlərində sənədlərini Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təqdim etməklə qeydiyyatdan keçmişdirlər.
-
Peşə təhsili üzrə elektron tələbə qəbulunun II mərhələsi başlayır
Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start veriləcək.