Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında “COVID-19” əleyhinə vaksinasiya prosesi baş tutdu
Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstəricilər 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə…
-
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır
Bu münasibətlə keçirilən mərasimdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, müəssisələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ixtisaslı kadrların yetişdirilməsi baxımından memorandumun əhəmiyyətini vurğulayıb, əlaqələrin perspektivlərindən söz açıb. Mərasimdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını yüksək qiymətləndirdirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası əleyhinə ikinci doza peyvənd olunublar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji heyətlə növbəti direktoryanı onlayn müşavirə keçirilmişdir
Müşavirədə tədris ilinin I yarısının yekunları və II yarımildə qarşıda duran məsələlər, mühəndis-pedaqoji heyət ilə distant tədris zamanı onlayn dərslərin təşkili, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi, yeni dərs ilində tələbə qəbulu aparılması üçün əmək bazarının öyrənilməsi, tələbələrin onlayn dərslərə davamiyyətinin vəziyyəti və cari məsələlər müzakirə olunmuşdur.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunan (ölümündən sonra) şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmiş, yeni il sovqatı çatdırılmışdır.
-
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin (Qəbələ Gəncləri) təşəbbüsü ilə, “Zoom” platforması üzərindən “Yaxşı CV necə yazılmalıdır?” adlı vebinar keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Qəbələ GİKM-in Gənc Könüllüləri, Qəbələ regional “ASAN Xidmət” mərkəzinin könüllülərinin (ASAN Könüllüləri / ASAN Volunteers) iştirakı ilə baş tutan görüşdə Qəbələ GİKM-in əməkdaşı Xuraman Həsənzadə tərəfindən, CV, CV-nin məqsədi, CV ilə tərcümeyi-halın fərqi, CV yazarkən ən çox edilən səhvlər, CV-nin tərtib edilməsi prinsipləri haqqında məlumatlar verilib və müzakirələr aparılıb.
-
Tələbələr üçün dərslik və dərs vəsaitləri
Əziz tələbələr! Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyətlər Planı”-na uyğun olaraq, 03 mart 2020-ci il tarixdən Təhsil Mərkəzində də tədris fəaliyyəti dayamdırılmışdır.
-
Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üçün tələbə qəbulu başlanır
10 iyul -24 iyul tarixlərində peşə təhsili müəssisələrində tələbə qəbulu aparılacaqdır. Qəbul elektron qaydada həyata keçirilir.
-
"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında yaradılan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
-
Təhsil Mərkəzində əyani dərslərə başlanıldı
Təhsil Nazirliyinin 08 fevral 2021-ci il tarixli F-41 saylı "Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi" barədə əmrinə əsasən, 15 fevral tarixində Təhsil Mərkəzində praktik dərslərin, istehsalat təliminin və təcrübəsinin keçirilməsinə start verildi