Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin təşkilatçılığı ilə “Öz layihəni yaz” layihəsi çərçivəsində “Layihələrin yazılması və idarə olunması” adlı təlim keçirilib
Təlim zamanı təlimçi Şahlar Mirzalıyev layihələrin yazılması, idarə olunması, layihə hesabatlarının hazırlanmasından bəhs edib. Qeyd edək ki, təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində keçirilib.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları səfər hesabatı və təqdimat etmişlər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Türkiyə Respublikasında təlim səfərində olmuşlar. Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə Təhsili Müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunmuşdur. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən İstehsalat Təlim Ustaları Rəhman Xasməmmədov, Cavidan Cabbarlı, Xəyal Mahmudov və Pənah Hüseynli Türkiyə Respublikasının Peşə Liseylərində, həmin Liseylərin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Restoran otağı” yeni və müasir standartlara uyğun qurulmuşdur
Mehmanxana ve Restoran işinin təşkili və idarə edilməsi” qrupunun istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən Mərkəzin yeni qurulmuş “Restoran otağında” açıq dərs keçirilmişdir. Tələbələrin servis qaydalarını tam mənimsəyə bilməsi üçün restoran otağı bütün standartlara cavab verəcək şəkildə dizayn edilmişdir. Restoran otağının təqdimatı ilə birlikdə tələbələr praktiki dərslərdə əldə etdiyi bilik və bacarıqları nəzəri və praktiki…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin iştirakı ilə iş planına uyğun olaraq növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir
İclasda Təhsil Mərkəzinin direktoru bu il qəbul olmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti və cari məsələlər barədə mühəndis-pedoqoji heyətlə müzakirələr aparmış, tövsiyyələr və tapşırıqlar vermişdir. Direktor müavinləri tərəfindən tədris-planlaşdırıcı və uçot sənədlərinin, tədris jurnallarının aparılması vəziyyəti, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanıb
Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İnfoturda iştirak edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və mühəndis-pedoqoji heyəti həyata keçirilən master-klasslarda iştirak ediblər, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə həyata keçirilən tədris prosesilə bağlı ətraflı tanış olublar. İnfoturlarda emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə…
-
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertia və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ölkəmizə gəlmiş və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar. Qonaqlar Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almanyada Təcrübə keçəcək seçilmiş tələbələrlə təlim proqramına start verilmişdir
Seçilmiş kənd təsərrüfatı üzrə təhsil alan tələbələr 8 ay müddətində Cənubi Almanyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçəcəklər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən bu layihə üzrə seçilmiş tələbələrə, “Fermer biznes oyunu” adlı təlimlər keçirilir. Təlimlər 4 gün davam edəcək və “Təsərrüfatın davamlı İdarəedilməsi” təlimi ilə yekunlaşacaqdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yeni layihəyə start verdi!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “PEŞƏKAR” maarifləndirici YouTube kanalı fəaliyyətə başlamışdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “PEŞƏKAR” maarifləndirici YouTube kanalı vasitəsilə, peşə təhsilinə təşviqin artırılması, bu sahədə cəmiyyətin maarifləndirilməsi, maraqlı layihə və platformalarla çıxış imkanlarının zəruriliyini bildirmişdir. Kanala abunə olaraq, dəstək ola bilərsiniz. https://youtube.com/@peshekar
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Savalan “ASPI WINERY” ( Savalan Wines ) arasında bağlanmış memoranduma əsasən, Mərkəz ərazisində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrin, bu sahədə ixtisaslaşmış mütəxəsislərin iştirakı ilə təcrübə sahəsi yaradılmışdır
1 illik fəaliyyətin xronoloji əks olunduğu təcrübə sahəsinin yaradılması zamanı qeydə alınmış videoçarxı təqdim edirik.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə “Könüllü qonaq” adlı hayihə keçirilmişdir
Layihədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri, Qəbələ UADM-in işçiləri iştirak ediblər. Layihənin keçirilməsində məqsəd “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə əlilliyi olan şəxslərin ailələrini ziyarət etmək olub. Səfər zamanı dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqət və qayğıdan danışılıb. Layihə çərçivəsində tənha, əlil, şəhid atası Ağayev Çingiz Tapdıq oğluna və…