Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ rayonunda “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş futzal üzrə xatirə turniri keçirilir
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində davam etdirilmişdir. Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi…
-
Qəbələdə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Qəbələ və Oğuz rayonlarından olan sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda tədbir keçirilmişdir. Çıxış edənlər tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz Qəbələ” MMC yeni əməkdaşlıq layihəsinə start vermişdir
Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qidalanma, xidmət və digər turizm sahələr üzrə xidmət” mövzusunda seminar, master-klass keçirilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz Qəbələ” MMC-nin birgə əməkdaşlığı çərçivəsində “Qidalanma, xidmət və digər turizm sahələr” “Turizm sahəsində iaşə”, “Mehmanxana İnzibatçısı”, “Mehmanxana və restoran işinin təşkil edilməsi” üzrə seminar, master-klass layihəsinə start verilmişdir. Layihənin…
-
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal GəncliyimİZ” layihəsi keçirilib
Layihə çərçivəsində IT mütəxəssis Sahil Yusibov onlayn təhsil platformaları, qəbul prosesi və qaydalardan bəhs edib. Sonda layihə iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərən müəllimlər arasında “Peşəkar müəllim” layihəsi çərçivəsində “Xəmsə” milli intellektual oyunu təşkil edilmişdir
“Ümumilli Lider Heydər Əliyev”, “Qarabağ”, “Türkiyə və Azərbaycan”, “Tariximiz” və s. mövzular ətrafında səslənən suallardan ibarət olan yarışmada 6 komanda olmaqla toplamda 30 müəllim mübarizə aparmışdır. Sonda isə “Şuşa” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə peşə təhsili alan gənclər arasında “Gənclərin Zəfər Kuboku” adlı intellektual oyun təşkil olunmuşdur
Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Yarışmada 6 komanda olmaqla toplamda 36 tələbə mübarizə aparmışdır. Sonda isə “Zəfər” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində uşaqlar üçün “Qəbələ Günərzi Qayğı Mərkəzi”yaradılmışdır
“Kənd Qadınlarına Qayğı” İctimai Birliyi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyə dəstəyi ilə” Qəbələ Günərzi Qayğı Mərkəzi yaradılmışdır. Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Sonra bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Təhsil Mərkəzinin Tədris…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ ( Qəbələ Gəncləri ) nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı intellektual yarış keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən intellektual yarışda 13 komanda üzrə 65 gənc iştirak edib. Yarış iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız, yerli silahlar və Qarabağın tarixinə dair sualları cavablandırmağa çalışıblar. Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Qələbə” komandası I, “Şuşa” komandası II, “Əsgər” komandası III yerə layiq olub. Sonda qaliblərə diplom…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Rəsulova Məleykənin Veb-Dizayner 401-ci qrupda “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir. Açıq dərs Azərbaycan Respublikasının…