Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin kollektivi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər etmiş, infotur keçirilmişdir
Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı məlumat almış, mərkəzdə inkiluziv təhsilin təşkili ilə bağlı şəraitlə tanış olmuşlar. Daha sonra ekskursiya iştirakçılarına Mərkəzin akt zalında əyləncəli səhnəciklər nümayiş etdirilmiş, Mərkəz tələbələrinin əl işlərindən ibarət…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmuş Bayramov Coşqun Ənvər oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı anım tədbir keçirilmişdir
Şəhidimizin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti də iştirak etmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidimizin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur. Xatırladaq ki, şəhid çavuş Bayramov Coşqun 1991- ci il may ayının 25-də Qəbələ rayonu Qəmərvan kəndində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayonu Kiçik…
-
“Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələr Qafqaz Tufandag Hotelində ekskursiyada olmuşlar
Tələbələrə hotelin şöbə müdirləri və ixtisas fənn müəllimləri tərəfindən ətraflı məlumatlar verilmişdir. Belə ki, Ön büroda qonaqların qarşılaşmasından başlayaraq, check out-dan sonra otağın yığışdırılması da daxil olmaqla hər bir proses tələbələrə əyani şəkildə izah edilmişdir. Ekskursiya zamanı tələbələr bütün şöbə və bölmələrdə olmuş va onların vəzifə funksiyaları ilə yaxından tanış olmuşlar.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olmuş, şəhid Eyyubov Sərvanın anım mərasimi keçirilmişdir
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimləri keçirilir. 12 oktyabr 2022-ci il tarixində Böyük Pirəlli kəndində anadan olmuş şəhidimiz Eyyubov Sərvanın anım mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri də iştirak etmişlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ (Qəbələ Gəncləri) nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində ilk təlim baş tutub!
İlk öncə hər iki qurumun nümayəndələri tərəfindən gənclərə əməkdaşlıq və mərkəzlərin fəaliyyətləri haqqında məlumat verilib. Daha sonra “Əsas Həyat Bacarıqları” təlim proqramı üzrə fasilitator, təlimçi Nərmin Cabbarlı tərəfindən “Zamanın idarə olunması” təlimi həyata keçirilib. Təlim zamanı müzakirə olunan mövzular: Zamanın düzgün şəkildə gündəlik və ya uzunmüddətli fəaliyyətlər üzrə bölünməsi və idarə olunması; Region gənclərinə gələcək…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi (Qəbələ Gəncləri) əməkdaşlığa başladı!
Əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, birgə görüləcək işlər barəsində müzakirələr aparılıb. Görüşün nəticəsində uzunmüddətli təlim proqramları, tədbirlər və layihələrin təşkil edilməsi qərara alınıb. Bu istiqamətlərdə gənclər şəxsi inkişaf yönümlü bacarıqları inkişaf etdirə, karyera qurmaq üçün ilkin biliklərə yiyələnə və asudə vaxtlarını səmərəli keçirə…
-
Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuşlar
Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mətkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra kənd təsərrüfatı üzrə təhsil alan tələbələrin Cənubi Almaniyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçməsi istiqamətində təqdimat edilmişdir. Proqram çərçivəsində seçilərək yararlanacaq tələbələr 8 ay müddətində Cənubi Almaniyada təcrübə keçəcəklər. Görüşdə seçim meyarları və digər mövzular ətrafında sual və müzakirələr aparılmışdır.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi”nin ilk könüllüsünə sertifikat təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yanında Karyera Mərkəzinin ilk könüllüsü Aslanova Nuranə Orxan qızı 2 aylıq könüllülük fəaliyyətini uğurla tamamlamışdır. Xatırladaq ki, könüllümüz hal-hazırda Azərbaycan Texniki Universitetində ” Optimal idarəetmənin riyazi – iqtisadi üsulları” ixtisası üzrə magistr dərəcəsi alır. O, 2 aylıq yay tətilini düzgün qiymətləndirərək Mərkəzimizdə könülü olmuş, həmin müddət ərzində Mərkəzin fəaliyyətində fəal…
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz,…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbir keçirilmişdir
lk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlayaraq, Sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışaraq, sözü layihə rəhbəri Anar Məhərrəmova vermişdir. A.Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat vermişdir.…