Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” əməkdaşlarının Mərkəz tələbələri ilə görüşü keçirilmişdir
Görüşdə Karyera məsləhətçiləri Rufanə Yaralıyeva və Türkan Abdullayeva tərəfindən tələbələrə Karyera Mərkəzinin ümumi fəaliyyəti barədə məlumat verilmiş, Peşə Mərkəzlərində Karyera Mərkəzlərinin yaradılması Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni layihəsi olduğu qeyd edilmişdir. Karyera Mərkəzində həyata keçiriləcək təlimlər, kurslar və seminarlar haqqında məlumat verilmiş, karyeranın inkişafında bir çox zəruri bilik və bacarıqlara yiyələnməyin əhəmiyyəti vurğulanmışdır. Karyera…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ regional “ASAN xidmət” mərkəzi tərəfindən “ASAN könüllülərinin fəaliyyəti və ümumilikdə könüllü hərəkatı” mövzusunda təlim keçirilmişdir
İlk öncə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlamış, könüllülük fəaliyyətinin gənclərin inkişafında rolundan danışmış, gənclər arasında belə təlimlərin təşkilinin əhəmiyyətini vurğulamışdır. Qəbələ regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şahlar Eyyubov tərəfindən gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib
Tədbirdə Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov, Əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, Qəbələ Rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Yaşar Nəzirov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedoqoji heyəti və tələbələri iştirak etmişlər. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən…
-
Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs ilinin ilk günü ilə bağlı tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar mühəndis-pedoqoji heyəti və tələbələri təbrik etmişdir. Q.Nəbiyev Türkiyə peşə təhsil müəssisələrilə əməkdaşlıq, işəgötürən müəssisələrlə imzalanmış memorandomların əhəmiyyətindən, görülmüş digər işlərin tələbələrimizin tədris və təliminə müsbət təsirindən…
-
Elm və Təhsil Nazirinin müavini İdris İsayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuşlar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlara, Mərkəzin direktoru tərəfindən geniş təqdimat edilmiş, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərinə uyğun fəaliyyətin qurulduğu bildirilmiş və gələcək fəaliyyətlər ilə bağlı müzakirələr aparılmışdır. Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü siniflərin məzunlarına sertifikatlar təqdim edilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2021/2022-ci tədris ilinin məzunlarına, İT mütəxəssisi köməkçisi və Dərzi köməkçisi ixtisasları üzrə ilk peşə təhsilini başa vurduqları üçün sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müdavimlərə dövlət nümunəli sertifikatlar təqdim edilmişdir
Qəbələ Dövlət Peşə Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi Layihə İdarəetmə Ofisinin dəstəyi ilə keçirilən 2 aylıq ödənişsiz qısamüddətli peşə təlimləri başa çatmışdır. Peşə təlimləri “Qrafik dizayner” və “Sistem və şəbəkə inzibatçılığı” ixtisasları üzrə təşkil olunmuşdur. Qısamüddətli peşə kurslarında hər qrup üzrə 10 nəfər olmaqla ümumilikdə 20 nəfər müdavim təhsil almışdır. Müdavimlər bu…
-

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində təşkil olunacaq silsilə tədbirlərin açılış mərasimi keçirilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “VLM And Partners” hüquq şirkəti tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində təşkil olunacaq silsilə tədbirlərin açılış mərasimi keçirilmişdir.
-

KOBİA-nın İdarə Heyətinin sədri Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinə səfər edib
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev peşəyönümlü ixtisaslı kadrlar hazırlayan Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində səfər edərək, burada yaradılmış şərait və emalatxanalar, eləcə də KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində keçirilən təlimlərlə tanış olublar.