Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm təşkilatçısı” qrupunun tələbələri Qafqaz Tufandag Hotel Gabala hotelinə ekskursiya ediblər
Mərkəzin tələbələri hotellə, onun infrastrukturu ilə yaxından tanış olmuşdur. "Mehmanxanada təhlükəsizlik qaydaları", "Qonaqlara servis xidməti" haqqında təhsilalanlara geniş məlumat verilmişdir. Tufandağ hotelinə ekskursiya tələbələrin böyük marağına səbəb olmuşdur.
-
“Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasında dual peşə təhsili alan tələbələrlə Mərkəz rəhbərliyinin görüşü keçirilib
Görüşdə tələbələrin "Qafqaz – Qəbələ" MMC-nin otellərində keçdikləri praktiki təcrübələr nəticəsində əldə etdikləri bacarıqları, nəaliyyətləri haqqında danışılıb. Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər. Həmçinin tələbələr Mərkəzin tikiş emalatxanasında onlar üçün hazırlanmış yeni formalarla tanış olmuşlar. Formaların təhciz olunması və tələbələrin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Kimyəvi- bakterioloji analiz laborantı" ixtisasının tələbəsi Əsgərov Rəhman Sumqayıt şəhərində keçirilən Avropa Kuboku yarışında MMA döyüş növü üzrə l yer tutduğuna görə diplom və medalla təltif olunub
Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
-
Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar
8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili alan tələbələrin semestr imtahanları davam edir
Sessiya müddətində imtahanlar Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 N-li qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydalarına və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Təhsil Nazirliyinin 11.09.2008-ci il 1060 N-li əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir
-
“2 fevral – Gənclər günü” münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib
Tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsini vurğulayıb, Ümummilli…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili səviyyəsi üzrə semestr imtahanları başlanıldı
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili üzrə tədris planlarına və Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 №-li təsdiq edilmiş dəyişikliklərlə “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydaları əldə rəhbər tutularaq, yüksək peşə təhsili üzrə qeyd olunan ixtisaslar (“mühasibat uçotu”, “mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” və “veb dizayn və…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ – Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı…