Səbətiniz Boşdur!
Category: Xəbərlər
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm təşkilatçısı” qrupunun tələbələri Qafqaz Tufandag Hotel Gabala hotelinə ekskursiya ediblər
Mərkəzin tələbələri hotellə, onun infrastrukturu ilə yaxından tanış olmuşdur. "Mehmanxanada təhlükəsizlik qaydaları", "Qonaqlara servis xidməti" haqqında təhsilalanlara geniş məlumat verilmişdir. Tufandağ hotelinə ekskursiya tələbələrin böyük marağına səbəb olmuşdur.
-
“Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasında dual peşə təhsili alan tələbələrlə Mərkəz rəhbərliyinin görüşü keçirilib
Görüşdə tələbələrin "Qafqaz – Qəbələ" MMC-nin otellərində keçdikləri praktiki təcrübələr nəticəsində əldə etdikləri bacarıqları, nəaliyyətləri haqqında danışılıb. Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər. Həmçinin tələbələr Mərkəzin tikiş emalatxanasında onlar üçün hazırlanmış yeni formalarla tanış olmuşlar. Formaların təhciz olunması və tələbələrin…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Kimyəvi- bakterioloji analiz laborantı" ixtisasının tələbəsi Əsgərov Rəhman Sumqayıt şəhərində keçirilən Avropa Kuboku yarışında MMA döyüş növü üzrə l yer tutduğuna görə diplom və medalla təltif olunub
Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
-
Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar
8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.
-

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib
Tədbirdə polis əməkdaşları, Mərkəzin rəhbərliyi və tələbə kollektivi iştirak etmişdir. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Həsənli, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis…
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək" layihəsi çərçivəsində təlimlər keçirilib
Təlimlər təcrübəli təlimçilər tərəfindən interaktiv qaydada keçirilib və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə şəxsi səriştələrin artırılması, peşəyönümü, peşə hazırlığı, ömürboyu təhsil, özünüməşğulluq proqramı və müraciət prosedurları, eləcədə gənclərin məşğulluğunun təmin olunması ilə peşə mərkəzləri tərəfindən yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Həmçinin karyera planlanması və işə qəbul qaydaları haqqında gənclərlə fikir mübadiləsi aparılıb.
-
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili alan tələbələrin semestr imtahanları davam edir
Sessiya müddətində imtahanlar Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 N-li qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydalarına və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Təhsil Nazirliyinin 11.09.2008-ci il 1060 N-li əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir
-
“2 fevral – Gənclər günü” münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib
Tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin "Azərbaycan gəncləri günü" elan edilməsini vurğulayıb, Ümummilli…