Daha sonra kollektiv Qəbələ Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən təqdimatlarla tanış olmuşlar.

Heydər Əliyev Mərkəzinin əməkdaşları Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətləri haqqında məlumat vermişdir. Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarix olduğunu ziyarətçilərə bir daha xatırlatmışdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin vacibliyini bildirmişdir. Q. Nəbiyev qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.