“Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsinin Qəbələ Rayon İcra Hakimiyyəti, Qəbələ Rayon Təhsil Şöbəsi, özəl sektor və ümumtəhsil məktəb direktorlarının iştirakı ilə təşviqat tədbiri keçirilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Avropa İttifaqı tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsi çərçivəsində 3 may tarixində Qəbələ Rayon İcra Hakimiyyəti ilə birlikdə özəl sektoru və orta məktəb direktorları, həmçinin Qəbələ Rayon Məşğulluq Mərkəzini və digər regional maraqlı tərəfləri gələcək 2018-2019-ci tədris ili barədə məlumatlandırmaq, pilot ED VET layihəsini təqdim etmək, və özəl sektorun yeni təlim proqramları çərçivəsində rolu haqqında məlumatlılığını artırmaq məqsədilə təşviqat tədbiri təşkil edilmişdir.
Görüşün əsas məqsədi şagirdləri və özəl sektoru (kiçik və orta sahibkarları) cəlb etmək, Peşə Təhsilinin imkanlarını təsvir etmək, özəl sektorun tələbləri haqqında məlumat əldə etmək və əməkdaşları Dual Peşə Təhsili və Təlimi barədə məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Allahverdiyev açdı və bu günkü tədbirin məqsədi barədə məlumat verdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov, Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Azad Məmmədov peşə təhsilinin inkişafı, peşəyönümü işlərinin aparılması və kadr hazırlığı məsələləri haqqında fikirlərini bölüşdülər.

GIZ ED VET layihəsinin eksperti Şəlalə Kamilova, həmin layihənin əməkdaşları Səbinə Adilova və Məhəmməd Məmişzadə Qəbələdə Dual təhsil layihəsinin tətbiq edilməsinin konsepsiyası barədə məlumat verdilər.

Sonra özəl sektorun nümayəndələri – Mustafa Əliyev-(Gilan Agrotexservice MMC), Sübhan Dadaşov -(Aqrokompleks Qəbələ MMC) və Famil Salahov – (Aspi-Aqro MMC) çıxış edərək Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq, şagirdlərin istehsalat təcrübələrinin təşkili barədə geniş məlumat verdilər.

Tədbirin sonunda müzakirə və sual – cavab sessiyası keçirildi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.