Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Karyera Mərkəzinin” tədbirlər planı

Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin aşkarlanması və artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təlimlərin təşkili, müvafiq vakansiyalar üzrə istiqamətləndirilməsindən ibarətdir.

Mərkəzin əsas missiyasına tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə bilgiləndirmək daxildir.

Karyera Mərkəzinin məqsədləri:

  • Əmək bazarının öyrənilməsi;
  • Məzun bazasının yaradılması;
  • Məzunlara vakant iş yerləri barədə məlumatların verilməsi;
  • İşlə təmin olunmuş məzunların müəyyən edilməsi;
  • Məzunların əmək və iş yarmarkalarına cəlb edilməsi;
  • Peşə seçimi üzrə məsləhət xidmətləri;
  • Sosial şəbəkələrə çıxışı təmin etmək üçün treninqlərin keçirilməsi;
  • Sərgilərin, konfransların təşkili;
  • Məzunlarla iş üzrə personalın hazırlanması, əməkdaşların ixtisaslarının artırılması üzrə təlimlərin təşkili;
  • “Müəssisə günü”nün təşkili və keçirilməsi;
  • Tələbələr üçün ”Karyera addımları” mövzusunda 20 saat həcmində fakültativ kurs təşkil edilməsi”
  • Tələbə dəstələrinin yaradılması
  • Anket sorğularının keçirilməsi;
  • Müvəqqəti işlərə dəvətetmə, stajkeçmə və s. təşkili;
  • Peşə könüllüsü fəaliyyətinin yaradılması.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Karyera Mərkəzinin” tədbirlər planı

S№Tədbirlərin adıİcra müddətiMəsul şəxsQeyd
Məsləhət, karyera və İnkişaf mərkəzinin strukturunun yaradılması, mərkəzin təchizatı işləriİyul-sentyabr 2022Direktor, direktor müavinləri
Əmək bazarının öyrənilməsi;İl boyukoordinatorNəqliyyat xərcləri
Məzun bazasının yaradılması;İl boyuTəhsialanlarla iş şöbəsi
Məzunlara vakant iş yerləri barədə məlumatların verilməsi;Hər rübTəhsialanlarla iş şöbəsi
İşlə təmin olunmuş məzunların müəyyən edilməsi;MüntəzəmTəhsialanlarla iş şöbəsi
Məzunlar üçün iş tapmaqda yanaşmalara dair əlavə kursların və seminarların təşkili:Hər rübTəhsialanlarla iş şöbəsi40 saat həcmində (4 kurs, 1 saatın dəyəri-8.22 man, 1 kursun dəyəri-401 man, 4 kursun dəyəri-1604 man
Peşə seçimi üzrə məsləhət xidmətləri;İl boyuTəhsialanlarla iş şöbəsi
Sosial şəbəkələrə çıxışı təmin etmək üçün treninqlərin keçirilməsi;Hər rübTəhsialanlarla iş şöbəsi
Sərgilərin, konfransların təşkili;İldə 2 dəfəTəhsialanlarla iş şöbəsi
Məzunlarla iş üzrə personalın hazırlanması, əməkdaşların ixtisaslarının artırılması üzrə təlimlərin təşkili;İldə 2 dəfəTəhsialanlarla iş şöbəsi2 həftəlik kurslar üçün, 5-cı bənddə olduğu kimi-802 man
“Müəssisə günü”nün təşkili və  keçirilməsi;Hər ayTəhsialanlarla iş şöbəsiMüəssisənin hesabına
Tələbələr üçün ”Karyera addımları” mövzusunda 20 saat həcmində kurs təşkil edilməsiİldə 2 dəfəTəhsialanlarla iş şöbəsiQrupların sayından asılı olaraq, bir qrup uçün 200 man
Tələbə dəstələrinin yaradılmasıİyul-avqustTəhsialanlarla iş şöbəsiHər birində 10-15 nəfər olmaqla, aqrar və turizm üzrə tələbə dəstələrinin yaradılması, könüllü qismində müəssisələrdə çalışmaq, reklam-təbliğat işləri aparmaq, müəssisə ilə tanışlıq və s.
İşəgötürənlərlə anket sorğularının aparılmasıHər rübkoordinatorIldə 4 dəfə müəssisələrdə olmaq, nəqliyyat xərcləri

Karyera Mərkəzində tələbələrə aşağıdakı istiqamətlərdə bacarıqlar aşılanacaqdır:

  • Özünü tanıma
  • Məqsədlərin müəyyənləşdirilməsi
  • Soft, rəqəmsal və köməkçi bacarıqların mənimsənilməsi və inkişaf etdirilməsi
  • CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s

Karyera Məsləhətçisi kimdir?

İnsanlara karyera seçimləri barədə dəstək olan bir insandır. Məsləhətçi müştərilərinə onların karyeralarının mütxəlif mərhələləri ilə bağlı seçim etməyə kömək edə bilər. 

Bura daxildir: 

  • Müxtəlif yollar (ixtisas, peşə) barədə araşdırma 
  • Seçim etmək 
  • Karyera dəyişikliklərini idarə etmək 
  • Həyatboyu öyrənmə 
  • Digər karyera yönümlü mövzular