Tələbələrə hotelin şöbə müdirləri və ixtisas fənn müəllimləri tərəfindən ətraflı məlumatlar verilmişdir. Belə ki, Ön büroda qonaqların qarşılaşmasından başlayaraq, check out-dan sonra otağın yığışdırılması da daxil olmaqla hər bir proses tələbələrə əyani şəkildə izah edilmişdir.
Ekskursiya zamanı tələbələr bütün şöbə və bölmələrdə olmuş va onların vəzifə funksiyaları ilə yaxından tanış olmuşlar.