Missiya

Əmək bazarının müasir tələblərinə uyğun müxtəlif təhsil bazalı və sosial statuslu təhsilalanlar üçün keyfiyyətli təhsil verməklə, müstəqil, səriştəli, təşəbbüskar, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, biznes təfəkkürlü, əməksevər və vətənpərvər kadrlar hazırlayaraq, ölkədə və regionda öz seqmentində lider mövqeyə sahib, modern və yenilikçi peşə təhsili müəssisəsi kimi fəaliyyət göstərmək.

Vizion

  • Ölkədə dual sistemin ilk tətbiq olunduğu peşə təhsil mərkəzi kimi bu sahədə liderliyi qorumaq və inkişaf etdirmək, biznes qurumları və işəgötürənlərlə əməkdaşlıq səviyyəsin möhkəmləndirmək;
  • Mərkəzin maddi-texniki bazasını möhkəmləndirmək və kadr potensialının keyfiyyətini artırmaq, müasir tələblərə uyğun yeni ixtisasların tədrisini təşkil etmək, yüksək peşə təhsili vermək;
  • Təhsil Mərkəzini region üçün peşə təhsili üzrə innovativ resurs mərkəzinə çevirmək;
  • İxtisaslara uyğun sahələrdə aktiv təsərrüfat fəaliyyəti göstərmək;
  • Heyətin və tələbələrin sosial-mədəni və məişət şəraitinin yaxşılaşdırılmasına daim qayğı göstərmək;
  • Beynəlxalq əlaqələri inkişaf etdirmək, təhsil xidmətlərinin ixracatçısı olmaq.

Əməkdaşlıq

Peşə təhsilinə dəstək üçün regionumuzda yerləşən dövlət və özəl müəssisələrlə birgə əməkdaşlıq edilir.