Categories
Uncategorized Xəbərlər

Modullar üzrə praktik imtahanlar keçirilmişdir

25 iyun 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs “Aqroservis mütəxəssisi” və Bitkiçilik mütəxəssisi“ ixtisasları üzrə I kurslarda hər bir ixtisasın istiqamətinə uyğun modullar üzrə praktik imtahanlar keçirilmişdir.

25 iyun 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və Bitkiçilik mütəxəssisi“ ixtisasları üzrə I kurslarda hər bir ixtisasın istiqamətinə uyğun modullar üzrə praktik imtahanlar keçirilmişdir. Imtahanların keçirilməsi üçün əvvəlcədən Təhsil Mərkəzinin daha yaxından əməkdaşlıq etdiyi “Gilan Qəbələ Aqrotexservis” ASC və “Gilan Dairy Farms” MMC ilə razılaşma aparılmış və praktik imtahanların keçirilməsi üçün şərait yaradılmışdır. İmtahanlarda müəssisələrin mütəxəssisləri iştirak etmiş və imtahan prosesini yaxından izləmişlər. Tələbələr praktik imtahanda fəallıq göstərmişlər. İmtahan prosesi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilati dəstəyi ilə keçirilmiş və həmin təşkilatın nümayəndəsi də müşahidə etmişdir.

27 iyun tarixində “Heyvandarlıq mütəxəssisi” ixtisası üzrə praktik imtahanın “Gilan Dairy Farms” südçülük kompleksində keçirilməsi nəzərdə tutulmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471