Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı, turizm sahəsi və iqtisadiyyatın digər sahələri üzrə kadrların hazırlanması həyata keçirilir. Bizi seçməyiniz üçün sizə 7 əsas amili təqdim edirik:
- Düzgün peşə seçimi üçün peşəkar təlimçi bazası
- Yüksək ixtisaslı kadr və layiqli vətəndaş kimi formalaşmağınız üçün zəruri dəstəyi göstərməyə tam hazır mühəndis-pedaqoji heyət
- Müasir təhsil standartları
- Beynəlxalq təcrübə və yeni tədris texnologiyalardan istifadə
- Beynəlxalq səviyyəli yarışmalara, təlimlərə, aktivitələrə qoşulmağınızın təmin edilməsi
- Uğurlu karyera sahibi olmanız üçün birbaşa Mərkəz daxilində “Karyera və İnkişaf mərkəzi”ndə peşəkar karyera məsləhətçilərindən faydalanma
- Əmək bazarında öz sözünü demiş müəssisə və təşkilatlarda təcrübə imkanı