Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İnfoturda iştirak edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və mühəndis-pedoqoji heyəti həyata keçirilən master-klasslarda iştirak ediblər, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə həyata keçirilən tədris prosesilə bağlı ətraflı tanış olublar. İnfoturlarda emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.

Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Anlaşma Memorandumunu bağlamışlar.

Sonda xatirə fotosu çəkilib və peşə təhsili ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, ictimaiyyətin peşə təhsilinə marağının armasının, peşə təhsilinin inkişafında peşə təhsili müəssisələrinin qarşılıqlı əməkdaşlığının ən böyük uğurlardan olduğunu ifadə edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.